İcraçı direktor: Atletika üzrə Azərbaycan çempionatı beynəlxalq yarışlara seçmə xarakteri daşıyır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 31 yanvar, AZƏRTAC
"İki gün davam edəcək ölkə çempionatında Azərbaycanın ən güclülərini aşkarlayacağıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, turnirdə 17 komandadan 130 idmançının iştirak etdiyini diqqətə çatdırıb: "Gəncə, Bərdə, Astara, Gədəbəy, İsmayıllı və digər regionlarımızdan idmançılar da birincilik uğrunda mübarizə aparırlar. Onlar Niderlandda keçiriləcək Avropa və Çində təşkil olunacaq dünya çempionatında iştirak üçün reytinq xalları qazanmalıdırlar. Bu yarışlar demək olar ki, seçmə xarakteri daşıyır. Reytinqə əsasən, ən güclü idmançılar aşkarlanacaq və normativlərə əsasən ölkəmizi həmin turnirlərdə təmsil edəcəklər".
İcraçı direktor ölkə çempionatlarında bölgələri təmsil edən idmançıların azlıq təşkil etməsinin səbəblərinə aydınlıq gətirib: "Bu məsələ ilə bağlı bir çox nüans var. Ezamiyyə ilə bağlı bir qədər çətinlik yaranır. Bəzi hallarda regionlardakı məşqçilərimiz idmançıları Bakıdakı yarışlara öz hesablarına göndərirlər. Bu barədə federasiya olaraq, gənclər və idman idarələrindən müəyyən dəstək gözləyirik".
Qeyd edək ki, ölkə çempionatına fevralın 1-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















