İcraçı direktor: Banklar dayanıqlı bankçılıq üçün inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 dekabr, AZƏRTAC
Banklar dayanıqlı bankçılıq üçün ekoloji, sosial və idarəetmə (ESG) standartarı əsasında inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
“Banklar yaşıl maliyyələşdirmə və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyinə töhfə verə bilər. Mərkəzi Bankın təsdiqlədiyi yaşıl taksonomiyanı maliyyə sektorunda dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərin reallaşdırılması baxımından vaxtında atılmış mühüm addım hesab etmək olar. Bu sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyətin növlərini, alt-növlərini və onların texniki təsnifat meyarlarını müəyyən edir, 10 sektoru əhatə edir”, - deyə V.Qasımlı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 03 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















