İcraçı direktor: Media savadlılığı sahəsində maarifləndirmə işlərində fasilə yaranmamalıdır AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı prosesdir. Bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən media savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media savadlılığı” konfransında bildirib.
İcraçı direktor qeyd edib ki, beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə olunan strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə salınması və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.
"Media savadlılığı davamlı prosesdir. İnformasiya cəbhəsində atəşkəs olmadığı kimi, media savadlılığı sahəsində maarifləndirmə işlərində də fasilə yaranmamalıdır. Bütün bunlar dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasından və effektiv kommunikasiyasından bilavasitə asılıdır”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















