“İctimai Dialoq: Ağsaqqallar və Gənclər”
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
"Goranboy 2026-Gənclər Paytaxtı" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə YAP Goranboy rayon təşkilatının inzibati binasında "İctimai dialoq: Ağsaqqallar və Gənclər” adlı rayon ağsaqqalları ilə gənclərin görüşü təşkil edildi.
Tədbirdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Tarix üzrə Fəlsəfə Doktoru, Deputat köməkçisi Gündüz Hacıyev, Goranboy rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Rəddin Məmmədov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi İsgəndər Səklikov iştirak etdilər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin daim ağsaqqallara və gənclərə göstərdiyi diqqət və qayğı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verdilər və dövlət siyasətinin rayonumuzda da uğurla təbliğ olunduğunu bildirdilər.
Ağsaqqalların və gənclərin qarşılıqlı fikir mübadiləsi və səmimi dialoq çərçivəsində keçirilən tədbirdə gəncləri maraqlandıran müxtəlif məzmunlu suallar geniş şəkildə cavablandırıldı. Tədbir iştirakçıları bu cür görüşlərin müntəzəm keçirilməsinin əhəmiyyətini vurğuladılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 May 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















