İctimai nəqliyyat vətəndaşlara xidmət edən modelə çevrilməlidir Fazil Mustafa
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyat probleminin həllidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
"Bu yaxınlarda “metro və avtobus qiymətlərinin artmasının səbəbləri, iqtisadi baxımdan müəyyən izahlarının olacağı gözlənilir: Amma həmişə imtiyazlı təbəqələrin - tələbələri, pensiyaçıların, əlillərin, Daun sindromlu uşaqların və bu təbəqədən olan digər insanların ictimai nəqliyyatdan müəyyən güzəştlərlə istifadəsi hələ də öz həllini tapmayıb. Bu yaxınlarda hava limanına taksilərin girişinin məhududlaşdırılmasına Ombudsman tərəfindən də reaksiya verildi. Təsəvvür edin, Naxçıvandan yoxsul bir insan 60 manat biletə pul verib Bakıya gəlir, sonra da 40 manat taksiyə verməlidir ki, şəhərə getsin. Biz ictimai nəqliyyatı vətəndaşlara xidmət edən modelə gətirməliyik", - deyə o, qeyd etdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 30 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















