Icma.az
close
up
RU
Fazil Mustafa: Adnan Əhmədzadə hadisəsi ictimai nəzarətin zəifliyini göstərir

Fazil Mustafa: Adnan Əhmədzadə hadisəsi ictimai nəzarətin zəifliyini göstərir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İctimai nəzarət mexanizmi bir çox sahələrdə ya əngəllənir, ya da ümumiyyətlə mövcud deyil


Hansısa hay-küylü nəticələri gözləmədən, vaxtında bu kimi halları üzə çıxarmağa çalışmalıyıq


Son zamanlar cəmiyyətdə müxtəlif sahələrdə- xüsusilə təhsil, sosial siyasət və iqtisadiyyat sahələrində problemlər getdikcə artmaqdadır. Bu çətinliklərin vaxtında aşkar edilməməsi və həll yoluna qoyulmaması, həmçinin ictimai nəzarətin zəif olması vəziyyətin daha da ağırlaşmasına səbəb olur. İctimai nəzarətin effektiv olmaması problemlərin kökünün açılmasına və müvafiq addımların atılmasına maneçilik yaradır.

Məhz bu zəif nəzarət mexanizmi enerji sektorunda da özünü göstərmişdir. Azərbaycan neftinin keyfiyyəti ilə bağlı ortaya çıxan son qalmaqal təkcə bir şəxsin-Adnan Əhmədzadənin adı ilə bağlı hüquqi və etik pozuntudan ibarət deyil. Bu hadisə, neftin hazırlanması, daşınması və beynəlxalq bazarda təqdim olunması proseslərində mövcud olan daha dərin və sistematik çatışmazlıqları üzə çıxarır. Strateji əhəmiyyət daşıyan neftin ticarətində şəffaflıq, texniki standartlara ciddi riayət və ölkənin etibarlılığının qorunması vacibdir. Bu prinsiplərin pozulması isə Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna zərbə vurur və iqtisadi təhlükəsizlik risklərini artırır.


Millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında bu cür hadisələrin baş verməsinin müəyyən nəzarətsizlik simptomları ilə bağlı olduğunu söyləyib:


"Hər kəs hiss edir ki, təhsil, sosial siyasət, iqtisadiyyat kimi sahələrdə ümumi narahatlıq doğuran proseslər gedir. Lakin vaxtında heç kim bu barədə danışmağa cəhd göstərmir. İnsanlar bir qədər çəkinir, fikirlərini açıq şəkildə səsləndirməkdən yayınırlar. Bu proses isə cəmiyyətdə daim narahatlıq doğuran məsələlər kimi müzakirə olunur. Amma həmin problemlərin qarşısını vaxtında almaq üçün zəruri tədbirlər yetərli səviyyədə görülmür. Bu da birbaşa ictimai nəzarət mexanizminin işləməməsi ilə bağlıdır. Məsələn, ictimai nəzarət mexanizmi bir çox müəssisə və sahələrdə ya əngəllənir, ya da ümumiyyətlə mövcud deyil. Belə olan halda da bu kimi hadisələrin baş verməsi qaçılmaz olur. Əslində, neft sənayesindən tutmuş bütün sahələrə qədər ölkə Prezidenti dəfələrlə qeyd edib ki, ictimai nəzarət gücləndirilməlidir. Çox vaxt dövlət qurumlarının baş verənlərdən xəbəri olmaya bilər, lakin ictimai nəzarət vasitəsilə bu faktorları vaxtında aşkara çıxarmaqla ölkəni gözləyən təhlükələrin qarşısını almaq mümkündür. Bu həm orduya, həm də təhlükəsizliyə, ictimai asayişə və ümumilikdə hər kəsə aiddir. İctimai nəzarət mexanizmi işlədikcə bu kimi hallar vaxtında üzə çıxarılır". 


Deputat baş verənləri birbaşa ictimai nəzarətin olmaması ilə əlaqələndirib:

"Hər halda, istintaq məsələni araşdıracaq. Dövlət qurumları da bu istiqamətdə müvafiq addımlar atırlar. Amma biz bundan sonra bütün sahələrdə tənəzzül yaşanmasını gözləməməliyik. Hansısa böyük, hay-küylü nəticələri gözləmədən, vaxtında bu kimi halları üzə çıxarmağa çalışmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri