Icma.az
close
up
RU
“İctimai nəqliyyatda bəzi sərnişinlər düşüncəsiz davranır” SOSİOLOQ FOTO

“İctimai nəqliyyatda bəzi sərnişinlər düşüncəsiz davranır” SOSİOLOQ FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yay fəsli ilə birgə dəniz mövsümü də başlayıb. Vətəndaşlar istirahət üçün sahil bölgələrinə üz tutur, lakin bəzi hallarda bu istirahət ictimai mədəniyyətsizliklə nəticələnir. 
Avtosfer.az xəbər verir ki, dənizdən qayıdan bəzi şəxslər ictimai nəqliyyatdan istifadə edərkən özləri ilə qum və palçıq gətirirlər. Ən acınacaqlısı isə odur ki, bu şəxslər avtobusun oturacaqlarını və döşəməsini çirkləndirməklə kifayətlənmir, heç bir məsuliyyət hissi göstərmədən həmin vəziyyətdə nəqliyyatı tərk edirlər. Nəticədə, avtobusa sonradan minən sərnişinlər üçün oturmaq adətən mümkün olmur. Bu ümumilikdə ictimai mədəniyyət adına ciddi narahatlıq doğurur. 


Məsələ ilə bağlı sosialoq Lalə Mehralı saytımıza açıqlamasında bildirib ki, insanlar, ümumiyyətlə, empatiya qurmağı bacarmırlar və çox zaman səmimi deyillər. “Düşüncəsizdirlər” demək bəlkə bir qədər kobud səslənə bilər, amma reallıq budur ki, bəzi insanlar həqiqətən də həddindən artıq düşüncəsiz davrana bilirlər. 
“Bu hal xüsusilə ictimai nəqliyyatda özünü açıq şəkildə göstərir. Məsələn, ayaqqabısıyla avtobus oturacağının üstünə çıxan uşağına heç nə deməyən valideynləri görürük. Uşaq anlamaya bilər ki, oturacaq ayaq yeri deyil, amma onun yanında olan və bunu anlayan valideyni var. Məhz onun borcudur övladına başa salsın ki, ora ayaqqabı ilə çıxmaq olmaz, çünki orada başqa insanlar da oturur.
Həmçinin, dənizdən qayıdan, palçığa bulaşmış ayaqqabılarla və ya çirkli geyimlə ictimai nəqliyyata minən insanlar da bu davranışlarının fərqində olmalıdırlar. Axı bu nəqliyyat vasitələri yalnız onlara aid deyil onlardan sonra başqaları da həmin yerlərdə oturacaq. Sənin çirkləndirdiyin oturacaq, növbəti sərnişinin paltarını çirkləndirə bilər. Bunu dərk etmək üçün sadəcə bir az empatiya qurmaq kifayətdir. Əgər empatiya duyğusu inkişaf etdirilsə, insan öz davranışının sərhədlərini özü müəyyən edə bilər”. 
Sosialoq qeyd edib ki, bəzən sosial şəbəkələrdə müxtəlif ölkələrdən yayımlanan videolarda görürük ki, mədən işçiləri hansı ki üst-başları mazut və digər çirklərlə bulaşıb ictimai nəqliyyata minərkən oturacaqlarda əyləşmirlər. 
“Çünki bilirlər ki, onların geyimindəki çirk oturacaqlara hopa bilər və daha sonra digər sərnişinlərin paltarına keçə bilər. Bu, son dərəcə incə və diqqətli bir düşüncə tərzidir. Bəs bizim insanlarımızda bu qədər incə düşüncə varmı? Təəssüf ki, əksər hallarda yoxdur. Çox vaxt görürük ki, uşaqlar ayaqqabı ilə oturacaqlara çıxır və valideynlər buna göz yumur. Həmçinin, bir valideyn öz oturduğu yerdə əyləşir, digər oturacağı isə övladı üçün tutur, halbuki ətrafda ayaqüstə dayanan insanlar var. Sadəcə uşağını qucağına almaq və yerini boşaltmaq istəmir”. 


Lalə Mehralı vurğulayıb ki, ictimai nəqliyyatda yaşlılara hörmət etməyən gənclər də az deyil. 
“Eləcə də qadın olduğunu bəhanə gətirərək kişilərin bütün hüquqlarını görməməzliyə vuranlar var.
Sonda bir daha təkrar etmək istəyirəm: empatiyasız insanlarla bir cəmiyyətdə yaşamaq, sözün əsl mənasında, işgəncədir. Əgər bir insan oturacağı çirkləndirirsə və bu hərəkətin digərlərinə necə təsir etdiyini dərk etmirsə, bu, artıq fərdi məsuliyyətsizlik deyil, ümumi sosial problemdir. Amma əgər o insan bir az empatiya qurmağı bacarsaydı, hərəkətinin yaratdığı narahatlığın fərqində olar və çirkləndirdiyi yeri təmizləməyi özünə borc bilərdi”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri