Icma.az
close
up
RU
Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub...

Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub...

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 oktyabr, AZƏRTAC

“Telman sonuncu dəfə evə 2020-ci il sentyabrın 20-də üçgünlük gəlmişdi. O vaxt təlimlər gedirdi. Çox bikef idi. Hətta qardaşlarından birinin övladlarına baxıb “Görəsən onlar böyüyəndə necə görünəcəklər?” sualını da verdi. Onun bu sualı ailə üzvlərini təəccübləndirsə də, kimsə bunun əsl mahiyyətini anlamamışdı. O, evdə hər kəsin üzünə diqqətlə baxırdı. Çox fikirli idi, amma heç nə demirdi. Son gedişində - sentyabrın 22-də hamımızı bərk qucaqlayaraq öpdü. Sonradan başa düşdük ki, bu, vida imiş. Sentyabrın 27-si - müharibə başlayanda isə səhər zəng edib dedi ki, narahat olmayın, dua edin, hər şey yaxşı olacaq. Haqq savaşımız zamanı imkan tapdıqca ara-sıra zəng edən Telmanın dilindən bu kəlimələr düşmürmüş”.

Bunu AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Vətən müharibəsi şəhidi, tank komandiri, gizir Telman Həsənlinin ailə üzvləri deyib.

Bildirilib ki, 44 günlük savaş zamanı hər dəfə ailəsinə toxtaqlıq verən Telmanın zənglərin birində səsi çox pis gəlirmiş. Sən demə o, Cəbrayılda aparılan hərbi əməliyyatların birində yaralanıb, lakin buna baxmayaraq, döyüş tapşırıqlarının icrasına davam edib. Hətta döyüş yoldaşları ilə birlikdə düşmənin iki tankını qənimət kimi götürə bilib. Onlardan birini özü idarə edib. Həmin tanklar düşmənin özünə qarşı istifadə olunub. Qardaşlarından biri ilə telefon danışığında mətnaltı olaraq “Öz maşınımdan ikisini götürmüşəm, işlək vəziyyətdədir” deyib. Telman Vətən müharibəsi zamanı iki tank kolonuna rəhbərlik edirmiş. Qubadlıya ilk tank kolonu onun rəhbərliyi ilə daxil olub. O, qızğın döyüşlər zamanı rayonun Balasoltanlı kəndində şəhid olub.

Son dəfə ailə üzvləri ilə oktyabrın 16-da danışan Telman adəti üzrə hər şeyin qaydasında olduğunu, ondan narahat olmamalarını tapşırıb. İki gün əvvəl etdiyi telefon zəngində isə sizə oktyabrın 18-də onlara şad xəbər verəcəyini bildirib. Telmandan şad xəbər gözləyən ailəsi onun şəhidlik xəbərinə sarsılır. Evin sonbeşiyi əbədiyyət zirvəsinə yüksəlmişdi...

Ailə üzvlərinin sözlərinə görə, Telman əsgərlikdə snayper olduğuna görə, tankla hədəfi dəqiq vurmaq qabiliyyətinə malik imiş. Hətta müharibədən əvvəl iyulda keçirilən təlim vaxtı qoyulan hədəfi tankda dəqiq vurduğu üçün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidov tərəfindən mükafatlandırılmışdı.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Telman Rafiq oğlu Həsənli 1998-ci il martın 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanan Telman Vətənə xidmət borcunu ödədikdən sonra 2018-ci ildə “Gizir hazırlığı kursu”na yazılıb. Kursu tank komandiri kimi bitirən Azərbaycan Ordusunun giziri təyinatla Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb. 2019-cu ildə Beyləqanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb. 44 günlük Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlayan Telman ardınca Cəbrayıl və Xocavəndin Hadrut qəsəbəsi uğrunda aparılan hərbi əməliyyatlarda fərqlənməyi bacarıb. Qubadlı istiqamətində yollanmaq barədə tapşırıq alan Telman Həsənli rayona ilk girən tank kolonuna rəhbərlik edib. O, oktyabrın 17-də Qubadlının Balasoltanlı kəndində qəhrəmancasına döyüşərək şəhid olub. Oktyabrın 18-də doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Bağbanlar kəndinə torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri