İctimai nəqliyyatda brutto müqavilə sistemi Ekspert: Qazanan tərəf sərnişinlər olacaq
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün, dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək.
Bəs "brutto müqavilə" sistemi nəqliyyat sahəsi üçün nə vəd edir?
Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov öncə "brutto müqaviləsi"nin məğzini izah etdi:
""Brutto müqaviləsi"nin əsas məğzi ondan ibarətdir ki, dövlət daşıyıcı şirkətlərə müəyyən maliyyə yardımını edir, subsidiyanı verir və bunun müqavilində daşıyıcı şirkətlər ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz, keyfiyyətli və vaxtında daşınmasını həyata keçirməlidirlər".
Ekspertin sözlərinə görə, bu müqavilədə ən çox qazanan tərəf sərnişinlər olacaq.
"Vaxtında mənzil başına çatmaq imkanları daha da artacaq. Həmçinin daşıyıcı şirkətlər də özlərinin maliyyə təminatlarını artıq əsaslandıra biləcəklər. Maliyyə təminatı olduğuna görə də daha həvəslə yeni avtobusların alıb gətirilməsini və yüksək keyfiyyətli xidmət təşkil etməyi həyata keçirə biləcəklər", - deyə Eldəniz Cəfərov yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 24 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















