Icma.az
close
up
RU
İctimai nəqliyyatda yeni qadağalar Mənə belə rahatdır deyirsənsə...

İctimai nəqliyyatda yeni qadağalar Mənə belə rahatdır deyirsənsə...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son vaxtlar ictimai nəqliyyatda sərnişin davranışları ilə bağlı nəzarətin gücləndirilməsi müzakirə olunur. Xüsusilə metro və avtobuslarda digər sərnişinlərə narahatlıq yaradacaq şəkildə yayxanaraq oturan şəxslərlə bağlı inzibati tədbirlərin görüləcəyi bildirilir. Məlumata görə, bu cür hərəkətlər bəzi hallarda İnzibati Xətalar Məcəlləsində “xırda xuliqanlıq” kimi qiymətləndirilə və cərimə, hətta inzibati həbs ilə nəticələnə bilər. Bu sosial şəbəkələrdə müxtəlif fikirlər yaradıb. Bəziləri bunu ictimai qaydaların qorunması üçün vacib hesab etsə də, digərləri tətbiq zamanı subyektiv yanaşma ola biləcəyini düşünür.
Vəkil Tural Həsənli Demokrat.az-a açqılamasında bildirib ki, yayxanaraq oturmaq dedikdə, yayılıb oturmaq və ya uzanmaq başa düşülür:
“Lakin hazırda bəzi media subyektlərində və sosial platformalarda yayımlanan bir çox fotolarda fərqli situasiyaların, daha dəqiq desək fərqli oturuş formalarının olmağı əsas gətirilərək, fərqli formada oturuşa istənilən halda xırda xuliqanlıq kimi yanaşılır. Həmin şəxslərin istənilən halda cərimlənməli və ya digər sanksiyalara məruz qalmalı olmaları bildirilir. Bəzən də, ayağı digər ayağın üzərinə aşırmağa belə, istənilən halda xırda xuliqanlıq kimi qiymət verilir. Qeyd edilən məsələ üzrə mövqeyim bir qədər fərqlidir. Hesab edirəm ki, həmin hərəkət edilmə hallarından asılı olaraq, əməl inzibati xəta kimi qiymətləndirilə və qiymətləndirilməyə də bilər. Sirr deyil ki, rəsmi toplantılarda, müsahibələrdə, proqramlarda, yığıncaqlarda belə, ayağın digər ayağın üzərinə aşırıldığı oturuş formalarına rast gəlirik. Həmçinin nəzərə almaq lazımdır ki, qeyri-iradi olaraq, digər şəxslərə maneə yaratmaq məqsədi daşımadan da, bu hərəkətlər baş verə bilir”. 
O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər başa düşülür:
“Bu hərəkətlər fiziki şəxslərə qarşı zor tətbiqi və ya belə zorun tətbiqi hədəsi, həmçinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmamalıdır. Həmin maddədə ictimai qaydanı pozma, cəmiyyətə açıqca hörmətsizlik etmə ön plana çəkilir. Yəni əməldə qeyd edilənlərdən hər hansı biri mövcud olarsa, həmin maddənin tərkib əlamətləri yaranır. Ümumən cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslərə münasibətdə davranışı ilə ictimai qaydaya açıq şəkildə etinasızlıq göstərməsi başa düşülür. Bu zaman şəxs ətraf mühitə və insanlara qarşı laqeyd yanaşma nümayiş etdirir. O, cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına əməl etmir. Əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərir. Belə davranışlar həm bir çox insanın, həm də ayrı-ayrı fərdlərin mənafelərinə toxuna bilir. Nəticədə bu cür hərəkətlər ictimai narazılıq yaradır və qaydanın pozulmasına səbəb olur. Mövqeyimə görə, şəxs qəsdən digər sərnişinlərin oturmasına və ya sərbəst hərəkət etməsinə mane olarsa, bu artıq hüquq pozuntusu kimi qiymətləndirilə bilər. Bu zaman o, digər sərnişinlərin hüquqlarını açıq şəkildə tapdalamış olur. Əgər edilən haqlı və əsaslı iradlara kobud reaksiya verirsə, vəziyyət daha da ağırlaşır. Şəxs öz rahatlığını təmin etmək üçün başqalarının hüquqlarını pozursa, bu, qəbuledilməz davranışdır. Bu cür hərəkətlər əxlaq və mənəviyyat normalarına ziddir. Belə davranış cəmiyyətə qarşı açıq hörmətsizlik kimi qəbul oluna bilər”.
Yəni, metro və ya avtobusda sadəcə ayağınızı aşırıb oturduğunuz üçün dərhal xuliqan sayılmırsınız; bunun üçün hərəkətinizlə başqalarına açıq şəkildə mane olmalı və cəmiyyətə hörmətsizlik nümayiş etdirməlisiniz.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri