Kapitalbank məşhur müğənninin şəxsi məlumatlarını sorğulayıb
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Şəxsi məlumatlarım illərdir icazəsiz sorğulanır. mygov- da bildiriş gəlir hər dəfə. “Kapital Bank” ASC 2022-ci ildən bu günə qədər (2023, 2024, 2025 daxil olmaqla) mənim FİN nömrəm üzrə sosial müdafiə, müavinət və iş yerim haqqında məlumatları mütəmadi şəkildə, aşağda qeyd olunan tarixəlrdı sorğulayıb".
Reyting.az xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bank butarixlərdə onun şəxsi məlumatlarlına girişə cəhd edib:
"- 2022 - 25 avqust, 25 dekabr
- 2023 - 26 fevral, 30 mart, 30 aprel və s.
- 2024 - 7 fevral, 18 may, 6 oktyabr, 18 noyabr, 31 dekabr
- 2025 - 31 yanvar, 4 mart, 4 aprel, 4 may, 10 may, 10 iyun, 24 iyun, 29 sentyabr, 29 dekabr və s.
Halbuki mənim Kapital Bankda heç vaxt hesabım olmayıb, kredit müraciəti etməmişəm və bankla heç bir müqavilə bağlamamışam. Yəni mən bu məlumatların əldə edilməsinə razılıq verməmişəm. Bu sorğular hansı əsasla edilir? Bilmək istəyirəm. Artıq məsələ ilə bağlı rəsmi şəkildə müraciət etmək istəyirəm".
Müğənni daha sonra bu statusu paylaşmasının səbəbini də izah edib: "Hamı məlumatlı olsun e-social kabinetinizdə kimlərin sorğu etdiyini yoxlayasınız. Şəxsi məlumat toxunulmazdır bildiyim qədəri ilə".
Azər
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 30 Dekabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















