Icma.az
close
up
RU
İctimai nəqliyyatın qiyməti, yoxsa keyfiyyəti... “Belə olanda hər gediş Bakıdakı qiymətdən ucuz başa gəlir”

İctimai nəqliyyatın qiyməti, yoxsa keyfiyyəti... “Belə olanda hər gediş Bakıdakı qiymətdən ucuz başa gəlir”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda ictimai nəqliyyatın qiymətindən söhbət düşəndə rəsmilərin mövqeyilə əhalinin fikirləri arasında kəskin ziddiyyət yaranır. Rəsmilər adətən bizdəki gedişhaqqını Avropadakı qiymətlərlə müqayisə edir və qiymətlərin həddindən artıq ucuz olduğunu deyirlər. Vətəndaşlar isə bildirir ki, təkcə ictimai nəqliyyatın qiymətini yox, minimum əməkhaqqı və təqaüdləri də Avropa ilə müqayisə edib, sonra Azərbaycanda ictimai nəqliyyatın qiymətinin ucuz olduğunu iddia etmək lazımdır.

Hələ Avropa ilə Azərbaycandakı ictimai nəqliyyatın keyfiyyətinin müqayisəsindən danışmırıq...

Fransada təhsil almış Günel Əliyeva Bizimyol.info xəbər portalına bildirib ki, Avropada ictimai nəqliyyatın qiyməti ilə bağlı Azərbaycanda yanlış təsəvvür yaradılır. Onun sözlərinə görə, təqaüdçülər, tələbələr və başqa kateqoriyadan olan şəxslər üçün güzəştlər tətbiq olunur. Bundan başqa, insanlar aylıq və illik gedişhaqqı kartlarından istifadə edirlər:

“Belə olanda, hər gediş Bakıdakı qiymətdən də ucuz başa gəlir. Mənim yaşadığım şəhərdə sakin əgər aztəminatlı idisə, o zaman onun üçün bir aylıq gediş haqqı kartı cəmi 8 avro idi. Təxminən 13-14 manata o adam bir ay şəhərdə avtobus, tramvaydan istədiyi qədər istifadə edə bilər. Yüksək əməkhaqqı alan üçün aylıq 45 avro idi. İctimai nəqliyyatın keyfiyyəti də yüksək səviyyədədir. Gecə qatara biletimiz var, internetdə baxırıq ki, yaşadığımız ərazidə tramvay neçədə keçəcək, ona uyğun qərar verib dayanacağa çıxırıq və vağzala gedirik”.

Günel Əliyevanın sözlərinə görə, yalnız birdəfəlik gediş biletləri bahadır – təxminən 3 avro. Bundan isə adətən turislər istifadə edir.

Avropanın bir sıra ölkələrində ictimai nəqliyyat ümumiyyətlə pulsuzdur - Lüksemburq, Malta, Serbiya, Estoniya... Bu ölkələrdən Estoniya daha çox diqqət çəkir. Çünki o da Azərbaycan kimi uzun Sovet İttifaqının tərkibində olub, müstəqillik yaşı elə də deyil. Lakin sürətlə inkişaf edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iddia edir ki, Avropa ölkələrində olduğu kimi, bizdə də aylıq və illik kartlara keçmək üçün xüsusi infrastruktur qurulmalıdır. Bütün ölkə ərazisində nağdsız ödənişlər təmin olunmalıdır.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri