Icma.az
close
up
RU
İctimai nəqliyyatda xidmətin keyfiyyəti artırılacaq

İctimai nəqliyyatda xidmətin keyfiyyəti artırılacaq

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yaşıl dünya naminə həmrəylik ili” həm də Azərbaycanın nəqliyyat infrastrukturu üçün də yaddaqalan oldu. Ötən il nəqliyyat infrastrukturunda köklü dəyişikliklər qeydə alınıb. "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Teleqraf.com-a müsahibəsində ötənilki nailiyyətlər haqda danışaraq, 2025-ci il üçün nəzərdə tutulan hədəfləri açıqlayıb:

- 2024-cü ildə sərnişindaşımada rəqəmlər necə dəyişib?

Ötən 2024-cü ildə də bu uğurlu inkişaf dinamikası davam edib. Belə ki, tənzimləyici qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi müsabiqələrdə iştirak edərək qalib elan edilmiş və 13 yeni müntəzəm marşrut xətti “BakuBus” MMC tərəfindən istismara qəbul edilmişdir. Nəticədə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq 193 avtobusun müasir tələblərə cavab verən “BakuBus” MMC-nin avtobusları ilə əvəzlənib. Ötən il Cəmiyyətimizin istismarında olan marşrut xətləri üzrə 148 milyondan çoxsərnişinin daşıması həyata keçirilib ki, bu da 2023-cuillə müqayisədə 20% artım deməkdir. Ötən il həmçinin, 7 yeni şəhərlərarası marşrut xətti sərnişinlərin istifadəsinə təqdim edilib ki, şəhərlərarası nəqliyyatın inkişafında mühüm addımlardan biri olub. Təbii ki, bu statistik rəqəmlər fəaliyyətimizin ümumi müsbət nəticələrini xarakterizə edir və qeyd etdiyim istiqamətlər üzrə həyata keçirilmiş ardıcıl və sistemli tədbirlərin nəticəsidir.

- Ümumiyyətlə ötən ili necə xarakterizə edirsiz?

- 2024-cü il “BakuBus” MMC üçün bir çox mühüm nailiyyətlərlə yadda qalıb. İctimai nəqliyyatda "yaşıl şəhər" konseptinə uyğun olaraq elektrik avtobusları istismara verildi. Ölkə Başçısının müvafiq sərancamı ilə 161 ədəd ekoloji təmiz elektrik avtobusu alınaraq istismara verildi. Bu avtobuslar sərnişinlərin rahatlığı ilə yanaşı, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Ötən il həmçinin, ölkə başçısının iştirakı ilə bu avtobuslara xidmət göstərilən Zığ Avtobus parkı istifadəyə verildi. Bu avtobus parkı müasir tələblərə cavab verən infrastrukturu ilə “BakuBus” MMC-nin xidmət keyfiyyətini daha da artırdı. İlin ən əhəmiyyətli uğurlarından biri də, COP29 tədbirində nəqliyyatın müvəffəqiyyətlə təşkil olunması oldu.
cü ildəxüsusi zolaqlar şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndi, nəticədə sərnişinlər mənzil başına daha tez çata bildi.Bundan əlavə, ötən il 1042 sürücü təlimlərə cəlb olunaraq işə qəbul edildi. Bu da ötən ilə nisbətən 37% artım deməkdir.
- Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il xidmətin əhatə dairəsi xeyli genişlənib. Bəs, xidmət keyfiyyətinin artırılması istiqamətində hansı uğurlarınız var?
- Ötən il Onlayn İzləmə və Monitorinq Mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilərək genişləndirilib. Bu mərkəz vasitəsilə gündəlik olaraq həm sürücülərin, həm də avtobusların fəaliyyəti nəzarətdə saxlanılır. Bu yanaşma xidmətdə şəffaflığı artırır və təhlükəsizliyi təmin edir. Həmçinin, sərnişinlərə daha yaxın olmaq üçün” Sərnişin rəyi” layihəsini həyata keçirdik. Layihə çərçivəsində gündəlik olaraq onlarla sərnişin “BakuBus” rəhbər şəxsləri və struktur şöbə rəhbərləri tərəfindən qəbul edilir, onların təklif və rəyləri öyrənilib. Əlavə olaraq qeyd edim ki, sərnişinlərlə əlaqə platformalarımızı genişləndirməkd də bizim əsas hədəflərimizdəndir. Son 2 ilə nəzər salsaq, sosial media hesablarımız vasitəsilə mütəmadi olaraq şirkətimiz haqda yeniliklər sərnişinlərin diqqətinə çatdırılır və onların sorğularına operativ şəkildə cavab verilir. Bu yanaşma sərnişinlərlə iki tərəfli əlaqəni gücləndirir və onların ehtiyaclarına uyğun həll yollarının təqdim edilməsinə şərait yaradır.
- 2025-ci il üçün hədəfləriniz nədən ibarətdir?

- Builki hədəflərimiz xidmətin əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və ümumiyyətlə fəaliyyət səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Qeyd edim ki, bu istiqamətlərin hər birinin reallaşdırılması üçün tədbirlər və mexanizmlər müəyyən edilib. Keyfiyyətin monitorinqi sisteminin daha da təkmilləşdirilməsi planlaşdırılır. Bundan başqa, xidmət keyfiyyətinin artırılması istiqamətində keyfiyyətin monitorinqi sisteminin daha da təkmilləşdirilməsi, marşrut xəttlərinin idarəedilməsinin səmərəliliyinin artırılması planlaşdırılıb. Xidmətin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tənzimləyici qurum olan AYNA tərəfindən təşkil ediləcək müsabiqələrdə iştirak hədəf kimi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri