Icma.az
close
up
RU
İctimai qınaq artıq hüquqi qərarların üzərinə çıxır

İctimai qınaq artıq hüquqi qərarların üzərinə çıxır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Niyə ictimai qınaq artıq hüquqi qərarların üzərinə çıxır?
20 yaşlı balanız yoxdur? Sizlərin öz balanız olan 20 yaşlı uşaqdan gözləntiniz nədir?
İndi zəhmət çəkin, sərt cəza tələb etdiyiniz kimi, tələb edin ki, o gənc tələbə qız haqqında həbs qətimkan tədbiri dəyişdirilsin və ADA Univetsitetindən də qovulmasın. Eşitdiyimə görə qovmaq istəyirlər. Bilin ki, sosial şəbəkələrdə yaratdığınız aqressiya bu qərarın alınmasında əsas rol oynaylr
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı, ADA Universitetində təhsil alan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadin barəsində məhkəmə 4 ay müddətində həbs qətimkan tədbiri seçib.
Bu hadisədə bir məqamı açıq şəkildə demək lazımdır: daxili işlər orqanları hadisəni operativ şəkildə aşkar edib, öz vəzifələrini yerinə yetiriblər və bu, təqdir olunmalıdır. Amma bundan sonrakı mərhələ — məhkəmənin 4 aylıq həbs qətimkan tədbiri seçməsi nə hüquqi məntiqə, nə də ədalət hissinə uyğun görünür.
Bəli, edilən hərəkət yanlışdır. Heç kim xuliqanlığı müdafiə etmir. Amma məsələ ondadır ki, törədilən əməl ilə verilən cəza arasında ciddi uyğunsuzluq var. 20 yaşlı gənclərdən biz nə gözləyirik? Onlar həyatın ən emosional, ən qeyri-sabit dövründə olan insanlardır. Bu yaşda səhvlər edilir. Biz özümüz 20 yaşımızda səhvsiz olmuşuqmu?
İndi isə cəmiyyət olaraq başqa bir təhlükəli həddə çatırıq: ictimai qınaq artıq hüquqi qərarların üzərinə çıxır. Sosial şəbəkədə yaranan aqressiya dalğası nəticəsində daha sərt cəzalar tələb olunur və bu təzyiq dolayısı ilə qərarlara təsir edir. Bu isə çox təhlükəli tendensiyadır. Qanun emosiyaya yox, prinsiplərə əsaslanmalıdır. Əks halda sabah hər kəs eyni vəziyyətlə üzləşə bilər.
“Abidədir, bilməli idi” arqumenti də real deyil. Hər bir gənc hər tikilinin hüquqi statusunu bilmək məcburiyyətində deyil. Bu cür hallarda yanaşma maarifləndirici və tərbiyəvi olmalıdır, həyat məhv edən yox.
Ən ağrılı məqam isə cəmiyyətin reaksiyasıdır. Niyə bu qədər amansızlaşmışıq? Niyə dərhal ən ağır cəzanı tələb edirik? Sizin 20 yaşlı övladlarınız yoxdur? Onlar hər zaman ideal davranır? Bir səhvə görə bir gəncin həyatını qaranlığa sürükləmək istəyi nə ilə izah olunur?
Bu davranış pisdir; bunu demək çətin deyil. Amma cəza ədalətli və proporsional olmalıdır. Cərimə et, lap inzibati qaydada qısa müddətli həbs ver, ictimai işlərə cəlb et, ziyanı aradan qaldırmağa məcbur et. Bu, həm hüquqi, həm də tərbiyəvi baxımdan daha düzgün yoldur.
Cəmiyyət olaraq sürətlə sərtləşirik. Qınaq artır, mərhəmət azalır. Bu isə sağlam istiqamət deyil. Çünki ədalət yalnız cəza ilə yox, eyni zamanda insanlıq və anlayışla qorunur.
Belə davam etmək olmaz.
Razi Nurullayev,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri