Icma.az
close
up
RU
İddialara görə, Putinin strategiyası bir ipdən asılıdır..?

İddialara görə, Putinin strategiyası bir ipdən asılıdır..?

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kreml təcili olaraq “B planı” axtarır...

...Artıq məlum olduğu kimi, Suriyada üsyandan sonra Bəşər Əsəd rejimi devrildi.

...Və Bəşərlə birgə rus kontingenti də ölkədən qaçmaq məcburiyyətində qaldı. Tə bii ki, indi rusların Afrikaya təsir göstərməsi üçün lazım olan əsas Xmeymim hava bazası təhlükə altındadır.

SİA-nın məlumatına görə, bu barədə Bloomberg-in jurnalistləri Saymon Marks və Katarina Hoye danışaraq qeyd ediblər ki, ruslar məhz bu bazadan Mali, Burkina Faso və Nigerə hərbi personal və yük göndərirdilər. Onlar bir vaxtlar, xüsusən də Mərkəzi Afrika Respublikası və Sudanda öz təsirlərini belə bərpa edə biliblər.

...Hava bazası təhlükə altında olduğu üçün ruslar indi Afrika qitəsində əməliyyatlarını dəstəkləyən bütün sistemi yenidən qurmalı ola bilərlər.

Məsələ bundadır ki, ABŞ-a məxsus Maxar-ın peyk görüntüləri Xmeymində rusların təyyarə, helikopter və texnikasının qaldığını göstərir. Ancaq gəmilərin çoxu və iki freqat artıq oranı tərk edib.

Liviyanın “Sadeq Institute” analitik mərkəzinin direktoru Anas əl-Qomati bildirib ki, Rusiyanın Aralıq dənizi və Afrikadakı bütün əməliyyat strategiyası ipdən asılı qalıb. Qeyd edilməlidir ki, rusların Liviyada daha 4 hava bazası var, lakin onlar Moskvaya uçuşlar üçün çox uzaqda yerləşirlər. Bundan əlavə, Avropada hava məkanının məhdudlaşdırılması da öz təsirini göstərir.

Maraqlıdır ki, rusiyalı analitiklər də Bloomberg-ə təsdiq ediblər ki, Xmeymim vasitəsilə tədarüklər Mərkəzi Afrika Respublikası kimi limansız bir ölkə üçün xüsusilə vacibdir. Qondarma Niger hökuməti jurnalistləri əmin edib ki, Əsədin devrilməsi Rusiya ilə münasibətləri dəyişməyəcək. Məsələn Rusiya başqa, deyək ki, Türkiyə vasitəsilə də yollar tapmaq iqtidarındadır(?).

Deyilənlərə görə, Ankara Rusiyadan Liviyaya gedən bəzi yük təyyarələrinin ölkə ərazisindən keçməsinə icazə verib. Buna baxmayaraq, Afrikada dövlətlərin maraqları fərqlidir, ona görə də Vladimir Putin üçün təsir şəbəkəsini saxlamaq çətin olacaq. Əsədin devrilməsi onun bu qitədəki hərbi əməliyyatlarını ciddi şəkildə çətinləşdirəcək.

...Rusiya Afrikaya tədarük marşrutlarını saxlamaq üçün “B planı” tapacaq, məsələn, Liviyanı daşıma məntəqəsi və ya Kamerun, eləcə də Konqo-Brazzavil limanları kimi istifadə edəcək.

Amma bunun Mərkəzi Afrika Respublikası üçün heç bir nəticəsi olmayacaq.

İddialara görə, bunu Mərkəzi Afrika Respublikası Prezidentinin müşaviri Fidel Quanjika bildirib.

...Yeri gəlmişkən, Rusiya Sudanda 20 aydır davam edən vətəndaş müharibəsində də mühüm rol oynayıb. Belə ki, Kreml son vaxtlar üsyançılara qarşı mübarizədə ölkə ordusuna dəstək verib. O, rusların logistika şəbəkəsini nəzəri cəhətdən genişləndirəcək çoxdankı arzusu olan Qırmızı dəniz sahilində baza yaratmağa davam edir.

...Amma bütün bunlara baxmayaraq, Rusiya Afrikadakı mövcudluğunu azaltmalı olacaq və bu, daha bahalı olacaq.

Bunu analitik Ulf Lessing bildirib.

...Və bu arada, SİA-nın da bir müddət əvvəl yazdığı kimi, Rusiya Suriya üsyançılarını öz hərbi bazalarını saxlamağa razı salmağa çalışır.

Belə ki, danışıqlar Əsəd rejiminin süqutundan sonra başlayıb. ...Məlumdur ki, ruslar həqiqətən də Xmeymim aviabazasına və Tartusdakı dəniz bazasına ehtiyac duyurlar.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri