Icma.az
close
up
RU
Bakı Slavyan Universitetinin məzunları iş tapa bilir? RƏQƏMLƏR

Bakı Slavyan Universitetinin məzunları iş tapa bilir? RƏQƏMLƏR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda təhsil sahəsində son illər ən çox müzakirə edilən məsələlərdən biri universitet məzunlarının əmək bazarında iş tapıb-tapmamasıdır. Bəzi ali təhsil müəssisələri məzunlarına bu istiqamətdə dəstək versə də, ekspertlər ümumi vəziyyəti ürəkaçan hesab etmir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2022-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Bundan əvvəl Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Texniki Universitetinin (AzTU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Sumqayıt Dövlət Universitetinin (SDU) məzunlarının məşğulluğu araşdırılıb.

Modern.az bu dəfə Bakı Slavyan Universitetinin (BSU) məzunları ilə bağlı vəziyyəti araşdıracaq.

Məlumata görə, 2018-2022-ci illərdə Universiteti 1,202 nəfər bitirib. Onların 671 nəfəri və ya 55.8 faizi iş tapa bilib. İşlə təmin olunan məzunların böyük hissəsi (575 nəfəri) qadındır. Məzunların ən çoxu 400-650 aylıq əmək haqqı verən işlərdə çalışır. Məzunların işlə təmin olunanların əsas hissəsi özəl sektordadır.

Ən çox məzunu olan ixtisas rus dili üzrə xarici dil müəllimliyidir. Belə ki, sözügedən illər ərzində BSU-nun məzunlarının 182 nəfəri bu ixtisası bitirib, onların cəmi 92 nəfər iş tapıb (50 faizdən bir qədər artıq).

Digər ixtisaslar üzrə vəziyyət aşağıdakı kimidir:

İbtidai sinif müəllimliyi - 150 məzun, onların 99-u iş tapıb

Azərbaycan dili və ədəbiyyat müəllimliyi - 146 məzun, 75-i işlə təmin olunub

Tərcümə (ingilis dili) - 70 məzundan 42-si işlə təmin olunub

Xarici dil müəllimliyi (ingilis dili) - 68 məzundan 35-i işlə təmin olunub

Məktəbəqədər təlim və tərbiyə - 68 məzundan 35-i işlə təmin olunub

Təhsildə sosial-psixoloji xidmət - 51 məzun, 37-si işlə təmin olunub

Dil və ədəbiyyat müəllimliyi (rus dili) - 49 məzun, 39-u işlə təmin olunub

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) - 45 məzun, cəmi 20-si işlə təmin olunub

Filologiya (İngilis dili və ədəbiyyatı) - 42 məzun, cəmi 16 nəfər iş tapıb.

Məzunlar əsasən müxtəlif şirkətlərlərdə, ali təhsil müəssisələrində, orta məktəblərdə və dövlət qurumlarında çalışırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri