Icma.az
close
up
RU
Mədəniyyət və İncəsənət Universitetinin məzunları iş tapa bilir? RƏQƏMLƏR

Mədəniyyət və İncəsənət Universitetinin məzunları iş tapa bilir? RƏQƏMLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ali təhsil müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyası, təkcə təhsilin uğuru deyil, həm də ölkənin iqtisadi inkişafı və insan kapitalı siyasətinin effektivliyini əks etdirən mühüm göstəricidir. Universitetlərin məzunları ixtisaslarına uyğun şəkildə işlə təmin olunmadıqda, bu, həm təhsil sistemindəki struktur problemlərə, həm də əmək bazarındakı balanssızlığa işarə edir. Azərbaycanda son illər sözügedən sahədə müəyyən addımlar atılsa da, müxtəlif universitetlər üzrə məzunların işlə təminat göstəriciləri arasında ciddi fərqlər müşahidə olunur. 


Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2022-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.


Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Modern.az bu dəfə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları ilə bağlı vəziyyəti araşdırıb.


Məlumata görə 2018-2022-ci ildə məzun olanların ümumi sayı 1270-dir, onlardan 726-ı və ya 57 faizi işlə təmin olunub. İşləyən məzunların 59 faizi qadın, 41 faizi isı kişidir. 


Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır. İşlə təmin olunanların əsas hissəsi özəl sektorda fəaliyyət göstərirlər. Belə ki, qeyri-dövlət sektorunda çalışan məzunlar, ümumi məzunların 68.6 faizini təşkil edir.

Ən çox məzunu olan ixtisas aktyor sənəti və dizayn sahəsindəndir. Belə ki, sözügedən illər ərzində hər iki ixtisas üzrə 115 nəfər məzun olub. Aktyor sənəti üzrə oxuyan 70 (60 faiz), dizayn sahəsi üzrə oxuyan 63 məzun (55 faiz) işlə təmin olunub. 

Digər ixtisaslar üzrə vəziyyət aşağıdakı kimidir:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması – 95 məzunun 63-ü işlə təmin olunub.
Sənətşünaslıq – 94 məzunun 56-sı işlə təmin olunub.
Təsviri incəsənət müəllimliyi – 72 məzunun 49-u işlə təmin olunub.
Sosiologiya – 67 məzunun 39-u işlə təmin olunub.
Sosial iş – 61 məzunun 35-i işlə təmin olunub.
Kinoşünaslıq – 57 məzunun 38-i işlə təmin olunub.
Teatrşünaslıq – 55 məzunun 25-i işlə təmin olunub.
İnstrumental ifaçılıq (fortepiano, violonçel və s.) – 51 məzunun 33-ü işlə təmin olunub.


Məzunlar əsasən ixtisaslaşdırılmamış mağazalar, restoranlar, teatr və konsert zallarında, incəsənətin müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri