Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 12 18 may

İdman bürcü Astroloji PROQNOZ: 12 18 may

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar üçün maraqlı kəşflər dövrü olacaq. Artıq cəsarət göstərmək və vacib bir iş üçün məsuliyyəti öz üzərinizə götürmək vaxtıdır. Həftə sonuna çoxdan gözlədiyiniz xoş bir tanışlıq mümkündür. Maddi durumunuzla bağlı müsbət imkanlar açılacaq. Avarçəkmə, atıcılıq, güləş, velosiped, qılıncoynatma və qaçış idmanında nailiyyətlər özünü göstərəcək.

Buğa
Buğalar üçün bu həftə maliyyə daxilolmaları və maddi vəziyyətin yaxşılaşması vəd edilir. Dostların və tərəfdaşların təkliflərinə çox diqqət yetirməyə dəyər. Şəxsi həyatınızda yaxınlarınızın emosiyalarına bir az diqqətli olmaq tövsiyə olunur. Basketbol, həndbol, cüdo, voleybol, tennis və samboçular üçün yaxşı başlanğıc olacaq.

Əkizlər
Əkizlər bu həftə xüsusilə yaradıcı və enerjili olacaqlar. Yeni layihəyə başlamaq və ya işdə özünüzü sübut etmək üçün əla vaxtdır. Kiçik səfərlər və ya tədbirlər mümkündür. Bu sizə yeni enerji verəcək və yeni ideyalardan faydalanmağa kömək edəcək. Minifutbol, güləş, karate, basketbol, futzal və şahmat idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Xərçəng
Xərçənglər həftə ərzində sağlamlıqlarına və emosional vəziyyətlərinə fikir verməlidirlər. Bu günlərdə işlərlə özünüzü çox yükləməmək, istirahət və sevimli hobbilərə vaxt tapmaq vacibdir. Həftənin ortasında yaxın gələcək üçün planları dəyişəcək gözlənilməz xəbərlər mümkündür. Ağırlıqqaldırma, güləş, karate, futbol, cüdo və üzgüçülüklə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Şir
Şirlər cəmiyyətdə özlərini sübut etmək və məşhurlaşmaq imkanı əldə edəcəklər. Həftə sevilən insanla münasibətləri möhkəmləndirmək və ya köhnə əlaqələri bərpa etmək üçün əlverişlidir. Bununla belə, həftə sonları münaqişələrdən qaçmağa və daha təmkinli olmağa dəyər. Sambo, güləş, gimnastika, futbol və avarçəkmə növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Qız
Qızlar bu həftə təmkinli olmalı və həyatlarını nizamlamalıdırlar. Bu, sizə kiçik problemlərdən qaçmağa və daxili harmoniyanı qorumağa kömək edəcək. Şəxsi həyatınızda sizə xoş əhval-ruhiyyə bəxş edəcək xoş sürpriz gözlənilir. Avarçəkmə, güləş, cüdo, çövkən, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Tərəzi
Həftə ərzində Tərəzilərə vacib məsələlərdə qərarları təxirə salmamaq məsləhət görülür. Həftə yeni cəhdlər - xüsusən təhsil və ya özünüinkişaf etdirmə üçün əladır. İnsanlarla ünsiyyət qurarkən nəzakətli və diplomatik olmalısınız. Həndbol, voleybol, basketbol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Əqrəb
Bu həftə Əqrəblərin səbir və dözüm tələb edəcək bəzi çətinliklərlə üzləşmək ehtimalı var. Eyni zamanda, bu, güclü tərəflərinizi nümayiş etdirməyə və təcrübə qazanmağa imkan verəcək. Sevgi sferasında gözlənilməz etiraflar mümkündür. Voleybol, ötüstü hokkey, üzgüçülük, atçılıq, qaçış və güləş növlərində uğurlar gözləniləndir.

Oxatan
Bu həftə Oxatanlar yeni nailiyyətlərə hazır olmalıdırlar. Həmfikirlərinizlə uğurlu işgüzar görüşlər və səmərəli ünsiyyət vəd edilir. Həftə sonunu təbiətdə və ya dostlarla keçirmək məsləhətdir. Eyni zamanda aliənizə qarşı diqqəti artırmalısınız. Futzal, həndbol, atıcılıq, güləş, basketbol və voleybol idman növlərində uğurlar vəd olunur.

Oğlaq
Oğlaqları yeni problemlərlə dolu bir həftə gözləyir. Lakin son dərəcə təmkinli olmalı, kənardan gələn bütün xəbərləri incələməlisiniz. Ailə məsələləri diqqət və güzəşt tələb edəcək. Nəticə bütün ailə üzvlərini sevindirəcək. Şahmat, futbol, güləş, üzgüçülük, karate və boks idman növlərində bol-bol uğurlar vəd edilir.

Dolça
Həftə ərzində Dolçalar daha çox yaradı işlərlə məşğul olacaqlar. Həftə planlarınızı və ideyalarınızı həyata keçirmək üçün mükəmməldir. Gələcək həyatınıza təsir edəcək xoş görüşlər və tanışlıqlar istisna deyil. Futbol, şahmat, cüdo, boks, stolüstü tennis və qılıncoynatma ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Balıq
Balıqlara intuisiyalarına güvənmək və baş verəcək bir səra dəyişikliklərdən qorxmamaq tövsiyə olunur. Karyeranızda və ya şəxsi həyatınızda yeni perspektivlər mümkündür. Həftə maliyyə məsələləri üçün əlverişlidir. Həftəsonu ürəyiniz istəyən alış-verişlər edə biləcəksiniz. Güləş, karate, cüdo, stolüstü tennis, voleybol və gimnastika ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri