Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 5 11 may

İdman bürcü Astroloji PROQNOZ: 5 11 may

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoçlar bu həftə cəsarətli addımlar atacaq. Gözlənilməz təklifdən sonra çərşənbə axşamı karyeranızda sıçrayış mümkündür. Münasibətlərdə partnyorunuzu dinləmək bacarığı önəmli olacaq - çərşənbə günü həyacanlı anlar gözlənilir. Sərt sözlərdən qaçmağa çalışın. Cümə böyük alışlar-veriş üçün münasibdir. Avarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Buğa
Bu həftə Buğaların maliyyə məsələləri həmişəkindən daha asan həll olunacaq. Cümə axşamı sərfəli əməkdaşlıq vəd edilir. Evdə bəzi kiçik təmir işləri aparmağa dəyər. Bu, rahatlığınızı gücləndirəcək. Romantik hisslər yaşayacaqsınız. Şənbə günü birlikdə şam yeməyi sevgi münasibətlərinizi daha da yaxınlaşdırmağa kömək edəcək. Karate, güləş, boks, şahmat və üzgüçülük idman növlərində bol-bol uğurlar gözlənilir.

Əkizlər
Əkizlər həftə ərzində xoş xəbərlər alacaqlar. Bazar ertəsi yeni əlaqələr üçün idealdır. Çərşənbə günü görüşəcəyiniz insanlarla münasibətdə təmkinli olun. Bu, gələcək planlarınızın reallaşmasına fayda verəcək. Cümə günü sizi ruhlandıracaq qısa səyahət şansı olacaq. Bazar günü həddən artıq ehtiyyatlı olun. Gimnastika, avarçəkmə, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Xərçəng
Bu həftə evlə bağlı işləriniz çox olcaq. Lakin işə də can yandırmalısınız. Çərşənbə axşamı təşəbbüskarlıq göstərsəniz, rəhbərlikdən dəstək ala biləcəksiniz. Cümə axşamı romantik perspektivlər açılacaq. Çox alış-verişdən çəkinin. Daxili rahatlığınıza diqqət yetirin. Üzgüçülük, futbol, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Şir
Şirlər bu həftə karyera sahəsində uğurlar əldə edəcəklər. Həftənin əvvəli ictimai arenada məşhurlaşmaq imkanınız olacaq. Çərşənbə günü romantic anlar yaşayacaqsınız. Bununla belə, qısqanclıq əhvalınızı poza bilər - fərziyyələrə deyil, faktlara etibar edin. Həftənin sonuna qədər ifrat əyləncələrdən qaçın, xəsarət alma ehtimalı var. Voleybol, stolüstü tennis, hokkey, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Qız
Qızlar üçün həftə çox düşərli olacaq. Planlarınızı gerçəkləşdirmək üçün əlverişli şərait yaranacaq. Ailədə fikir ayrılıqları mümkündür, çalışın, yaxınlarınıza qarşı mülayim olasınız. Həftənin sonu həmkar faydalı tanışlıqlar vəd edilir. Atletika, avarçəkmə, atıcılıq, çövkən, güləş və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Tərəzi
Həftə Tərəzilərin ürəyincə olacaq. Ən çətin vəziyyətlərdən belə asanlıqla çıxacaqsınız. Dostlar arasında mübahisəni bir cümlə ilə həll edəcəksiniz. Maliyyə məsələsində ehtiyyatlı olun. Sizi nə qədər inandırmağa çalışsalar da, şübhəli kreditdən imtina edin. Cümə günü möhtəşəm dəyişikliklər gözlənilir. Həndbol, voleybol, basketbol, futzal, güləş və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Əqrəb
Bu həftə Əqrəblərin daxili enerjisi bol olacaq. Planlarınızı üzə çıxarmağa tələsməyin. Şəxsi həyatınızda həyəcanlı anlar olacaq – tələsik qərar verməyin. Cümə günü maliyyə sərmayələri üçün əlverişlidir, ancaq diqqətlə təhlil edildikdən sonra hərəkət edin. Şənbə günü təbiət qoynunda istirahət edin. Bu zaman bütün gərginliyiniz aradan qalxacaq. Stolüstü tennis, boks, futbol, cüdo və şahmatla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oxatan
Oxatanlar üçün bu həftə səyahət etmək əlverişlidir. İşdə verilmiş tapşırıqları keyfiyyətlə yerinə yetirin. Gecikmələr karyeranıza xələl gətirə bilər. Cümə axşamı gözlənilməz romantik görüş vəd edilir. Çalışın yeni görüşəcəyiniz xanımla çox da açıq söhbət etməyəsiniz. Bazar günü büdcənizi nəzərdən keçirin, lazımsız əyləncə xərclərini aradan qaldırın. Basketbol, cüdo, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Oğlaq
Oğlaqların Biznesə praqmatik yanaşması bu həftə öz bəhrəsini verəcək. Sənədlərdə kiçik detalları qaçırmasanız, çalışqanlıq üçün bonus ola bilər. Ailəyə qarşı diqqətli olun. Həftə sonları çox işləməyin. Həddindən artıq işləmək qarşıdakı həftə üçün məhsuldarlığınızı azaldacaq. Güləş, cüdo, stolüstü tennis, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Dolçalar həftə ərzində bütün gücünü işə salmalıdır. Bunun sayəsində planlarınız istədiyiniz nəticəni verəcək. Qarşı tərəflə münasibətdə təmkinli olmağa çalışın. Həftənin sonu elmi işlərlə bağlı sürprizlər gözlənilir. İstirahətinizə fikir verin, daha çox gəzintiyə çıxın. Futzal, minifutbol, karate, basketbol və güləş idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Balıq
Həftə ərzində Balıqlar üçün daxili hisləri qərar qəbul etmək üçün əsas vasitə olacaq. Xəyallarınıza, düşüncələrinizə güvənin, onlar sizə çətin peşə və ya şəxsi problemi həll etməyin yolunu göstərə bilər. Çərşənbə günü diqqətinizi iş layihələrinə yönəldin. Lakin unutmayın ki, diqqətsizlik səhvlərə yol aça bilər. Cümə günü şəxsi münasibətlərdə açıq olun - dürüstlüyünüz sizi partnyorunuza yaxınlaşdıracaq. Atçılıq, voleybol, otüstü hokkey, üzgüçülük və qaçış növlərində uğurlar gözləniləndir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri