Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 3 9 fevral

İdman bürcü Astroloji PROQNOZ: 3 9 fevral

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar işdə dərhal reaksiya tələb edən gözlənilməz vəziyyətlərlə üzləşə bilər. Şəxsi münasibətlərdə, xüsusən də sevdiyiniz insan emosionaldırsa, səbirli olmaq vacibdir. Liderlik istəyiniz anlaşılmazlıqlara səbəb ola bilər, ona görə də başqalarının fikirlərini nəzərə almağa çalışın. Hokkey, voleybol, basketbol, həndbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Buğa
Buğaları müsbət dəyişikliklərlə dolu bir həftə gözləyə bilər. Həftənin əvvəlində ulduzlar sizə böyük maliyyə hədiyyəsi vəd edir. Bu, gözlənilməz uğur və ya maaş artımı ola bilər. İşdə səyləriniz öz bəhrəsini verməyə başlayacaq və həmkarlarınız əməyinizi qiymətləndirəcəklər. Sevgidə anlaşılmazlıqlar mümkündür, lakin müdrikliyiniz hər şeyi düzəltməyə kömək edəcək. Sambo və avarçəkmə, futbol, gimnastika, güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Əkizlər
Əkizlərə bu həftə peşəkar karyera yüksəlişi üçün yeni imkanlar təklif oluna bilər. Yaxınlarınızla münasibətlərinizdə diqqətli olun: hətta kiçik dəstək əlamətləri də fərq yaradacaq. Şənbə və bazar günləri səyahət üçün əlverişlidir. Bu günlərdə istirahət etməyiniz mütləqdir. Futzal, güləş, karate, minifutbol, basketbol və şahmat idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Xərçəng
Xərçənglər üçün həftə gözlənildiyindən daha asan olacaq. Bir çox işləriniz daha tez həllini tapacaq. Peşəkar həyatınızda kiçik məqamlara fikir verin - detallar hər şeyi dəyişə bilər. Şəxsi münasibətlərdəki kiçik anlaşılmazlıqlar açıq dialoq vasitəsilə asanlıqla həll edilə bilər. Bazar günü köhnə tanışlarınızla ünsiyyət üçün əlverişlidir ki, bu da mövcud vəziyyəti daha yaxşı anlamağa kömək edəcək. Həndbol, voleybol, tennis, cüdo, basketbol və samboçular üçün yaxşı başlanğıc olacaq.

Şir
Bu həftə Şirlər üçün, xüsusən də peşəkar sahədə güclü tərəflərini nümayiş etdirməyin vaxtı çatıb. Fikirləriniz düzgün izah etsəniz, həyata keçəcək. İşlə istirahəti balanslaşdıra bilsəniz, bu, şəxsi həyatınızda harmoniya yaradacaq. Həftənin sonuna qədər maliyyə vəziyyətinizi xeyli yaxşılaşdırmaq şansı olacaq. Əsas odur ki, fürsəti əldən verməyin. Basketbol, atıcılıq, güləş, həndbol, futzal və voleybol idman növlərində uğurlar vəd olunur.

Qız
Qızlar bu həftə mühüm qərarlar vermək məcburiyyətində qalacaqlar. İşdə detallara diqqət yetirin - bu, səhvlərdən qaçınmanıza kömək edəcək. Şəxsi həyatınızda hər şey sakit olacaq, amma həll olunmamış problemlər varsa, onları tərəfdaşınızla müzakirə edin. Əhəmiyyətli fürsətləri əldən verməmək üçün xırda şeylərə qapılmayın. Həftənin ortalarına qədər gözlədiyiniz perspektivləri görəcəksiniz. Atletika, cüdo, avarçəkmə, çövkən, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Tərəzi
Həftə ərzində Tərəziləri qarşıda həm şəxsi, həm də peşəkar məsələlərdə faydalı olacaq çoxlu ünsiyyət gözləyir. İş tapşırıqları daha çox vaxt və təşkilatçılıq tələb edəcək. Uzunmüddətli investisiyalarla bağlı maliyyə məsələləri ilə də yaxından məşğul olacaqsınız. Yaxınlarınızla kiçik anlaşılmazlıqlar mümkündür, lakin səbir onları həll etməyə kömək edəcək. Atçılıq, otüstü hokkey, üzgüçülük, qaçış, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Əqrəb
Əqrəblər üçün həftə yüksək enerji potensialı dövrü olacaq ki, bu da təxirə salınmış işlərin öhdəsindən gəlməyə imkan verəcək. İş yerində yeni layihələr mümkündür, lakin onların uğurlu olması üçün çox səy göstərməli olacaqsınız. Həmkarlarla münasibətlərdə fikir ayrılıqları yarandıqda təmkinli olmağa çalışın. Şəxsi həyatınızda qısqanclıq və ya narazılıq mümkündür. Qılıncoynatma, güləş, velosiped, atıcılıq, avarçəkmə və qaçış idmanında nailiyyətlər özünü göstərəcək.

Oxatan
Oxatanlar maliyyə məsələlərinə diqqət yetirməlidirlər. Gəlirli investisiyalar və ya maliyyə vəziyyətinin yaxşılaşdırılması perspektivləri olacaq. Şəxsi münasibətlərdə diqqətli olmaqla münaqişələrdən qaçmaq vacibdir. Bazar günü yaradıcılıq və özünü inkişafla bağlı yeni başlanğıclar üçün idealdır. Atıcılıq, cüdo, stolüstü tennis, karate, voleybol, güləş və gimnastika ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Oğlaq
Oğlaqlar karyera məsələləri ilə aktiv şəkildə məşğul olacaqlar. Peşəkar yüksəlişinizə töhfə verəcək təkliflər ola bilər. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqların qarşısını almaq üçün müdriklik və səbir nümayiş etdirin. Sağlamlığınıza diqqət yetirin. Bacardığınız qədər stressdən yayının. Həftənin sonuna qədər çoxdan gözlənilən nəticələrə nail ola biləcəksiniz. Futbol, boks, stolüstü tennis, şahmat, cüdo və qılıncoynatma ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Dolça
Dolçalar üçün həftə ideyalarını həyata keçirmək üçün əlverişli zamandır. Başqalarının fikirlərini nəzərə alsanız, işgüzar fəaliyyət və liderlik keyfiyyətləri sizə uğur qazanmağa kömək edəcək. Şəxsi həyatınızda lüzumsuz fikir ayrılıqlarının qarşısını almaq üçün diqqətli olun. Həftənin sonu yeni, xüsusən də yaradıcılıqla bağlı layihələrə başlamaq üçün əla vaxt olacaq. Üzgüçülük, futbol, karate, güləş, şahmat və boks idman növlərində bol-bol uğurlar vəd edilir.

Balıqlar
Balıqlar yeni başlanğıclara yer açmaq üçün köhnə işləri tamamlamağa diqqət etməlidir. İşdə çətinliklər ola bilər, lakin səbr və intuisiya onların öhdəsindən gəlməyə kömək edəcək. Şəxsi münasibətlərdə anlaşılmazlıqların qarşısını almaq üçün daha açıq və dürüst olun. Emosional tarazlığı qorumaq üçün istirahət və bərpa üçün vaxt ayırın. Karate, üzgüçülük, futbol, güləş, cüdo və ağırlıqqaldırma ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Fevral 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri