İdman geyimində muğam oxuyan xanəndəni tənqid etdi
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, xanəndə "Gün ortası" verilişində muğam ifaçılarının idman tərzində geyinməsinin düzgün olmadığını söyləyib:
"Biz tələbələrlə danışanda deyirik ki, xanəndə necə geyinməlidir? Xanəndə idman ayaqqabısında oxuya bilməz. Bunu qəbul edə bilmərik. Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik".
Aparıcı Zümrüd Bədəlovanın "Bir xanəndə idman geyimində muğam oxumuşdu. Onu tənqid etdilər" sözlərini deyib. O, həmin xanəndənin Pərviz Qasımov olduğunu söyləyib.
B.Niftəliyev isə "Eyibdir. Özünə hörmət etmirsə, heç olmasa muğama etsin. Xan Şuşinksi, Arif Babayev kimi nəhəngimiz olub. Bizim Alim Qasımov, Mənsum İbrahimovuzum var. Baxsın görsün necə geyinirlər, çıxış edirlər. Olmaz" sözlərini əlavə edib.
Qeyd edək ki, P.Qasımov bir müddət əvvəl məclisdə idman geyimində muğam oxuduğu üçün tənqid edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 30 Oktyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















