İdman şərhçisi Arda Gülərin meydandan çıxmasını sərt tənqid etdi
Icma.az, Bizim media saytına istinadən bildirir.
Arda Gülərin “Atletiko Madrid” derbisində oyundan çıxarılmasından sonra “Real Madrid”in standart vəziyyətlərdən istifadə etməsi İspaniyada müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Cadena COPE-un “El Partidazo” proqramında danışan şərhçi Pako Qonsales Arda Gülər meydanda olmayanda cərimə zərbələrinin Kilian Mbappe tərəfindən yerinə yetirilməsini tənqid edib və komandanın heyətinin keyfiyyətini sorğulayıb.
Qonsales Ardanın yoxluğunda yaxşı orta aça biləcək texniki bacarığa malik futbolçunun olmadığını bildirib.
“Real Madrid”in heyətinin keyfiyyətinə baxın! Arda Gülər oynamadıqda cərimə zərbələrini sizin bombardiriniz yerinə yetirir”, – deyə o bildirib.
İspaniyalı şərhçi Ardanın yoxluğunda standart vəziyyətlər və ortalarda yaranan problemlərə də diqqət çəkib:
“Arda Gülər yoxdursa, komandada yaxşı orta aça biləcək heç bir futbolçu yoxdur? Heyət ötən mövsümlə eynidir, orta aça biləcək texniki bacarığa malik oyunçularınız çatışmır”.
Qonsales həmçinin Arda Gülər və Bernardo Silvanın orta ötürmələrinin fərqləndiyini qeyd edib.
Arda Gülər bu mövsüm “Real Madrid” forması ilə bütün turnirlərdə 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə ümumilikdə 4 qola töhfə verib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















