Icma.az
close
up
RU
İdman prinsipləri yalnız “Qəbələ” üçün keçərli idi?

İdman prinsipləri yalnız “Qəbələ” üçün keçərli idi?

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

CEYHUN ƏLİYEV

Ötən gün baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında mühüm məsələlərə dair qərarlar verildi. Diqqətçəkən məqam yetərincə olsa da, fikrimcə, ən vacibi Premyer Liqada klub sayının artırılmasıdı. Necə deyərlər, al-qış-lar!
İndi isə sayın necə artacağına dair məsələyə toxunaq. Deyilənə görə, İcrakom üzvləri aşağıdan 3 komandanın gətirilməsi və elitanı 1 kollektivin tərk etməsi ilə yanaşı, 1-ci Liqadan seçiləcək 3 kollektivdən ən az xal toplayanla Premyer Liqanın sonuncusunun pley-off oynaması variantını da müzakirə edir. Bax, burada STOP!
Əsasnamədə 1-ci Liqanın qalibinin elitaya yüksələcəyi, Premyer Liqanının sonuncusunun isə onun yerinə yuvarlanacağına dair bənd var. O da var ki, elitada klub sayı artırılarsa, bu, 1-ci Liqa klubları sayəsində baş tutur. Məsələ kimin yüksələcəyi, kimin aşağı düşəcəyində deyil ha! Məsələ ondadı ki, belə pley-off matçını keçirməkdənsə, keçirməmək yaxşıdı. Niyə?
Siz Premyer Liqa klublarına ayrılan vəsaitlə 1-ci Liqanı necə müqayisə edə bilərsiniz? Siz mövsüm ərzinsə ölkənin ən güclü komandalarına qarşı 32 oyun keçirmiş klubu aşağı Liqada ən yaxşı halda 3-cü olmuş kollektivlə necə müqayisə edə bilərsiniz? Qısası, həmin matçın təşkili belə ayıbdı.
Ötən mövsüm "Qəbələ" 1-ci Liqaya düşəndə Fariz Nəcəfov kişi kimi dirəşdi ki, idman prinsipləri var və getməliyik aşağı dəstəyə. Elə AFFA rəhbərliyi də idman prinsiplərini rəhbər tutmaqla alqışalayiq qərar vermişdi…
İndi sual olunur: idman prinsipləri yalnız "Qəbələ" üçün keçərli idi? Yox, cənablar, pley-offu unutmalısınız! Çünki dövlətdən maliyyələşən çempionatlarda Premyer-Liqanın sonuncusu 1-ci Liqanın yığma komandasını belə rahatlıqla yenər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri