Icma.az
close
up
RU
Qəbələ 2025 ci il üçün ölkənin idman paytaxtı oldu

Qəbələ 2025 ci il üçün ölkənin idman paytaxtı oldu

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə start götürüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin 2024-cü ildə gördüyü işlərdən söz açıb.

O bildirib ki, ötən il Qubada müxtəlif idman tədbirləri təşkil olunub: "2024-cü il həmçinin Quba üçün müxtəlif idman növlərində əlamətdar hadisələrlə yadda qaldı, rayonumuzun futbol və basketbol klubları yaradılıb. İdmanın kütləviləşdirilməsi istiqamətində ciddi işlər görüldü. Qəbələyə bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi arzu edirəm".

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova çıxışında Qubanın təcrübəsindən yararlanacaqlarını qeyd edib: "Belə bir tədbir münasibətilə gənclərimizi təbrik edirəm. Qəbələ rayonu nəinki Azərbaycanda, beynəlxalq aləmdə də turizm mərkəzi kimi tanınmaqdır. 2025-ci il üçün Qəbələ MDB Oyunları üçün "Gənclər Paytaxtı" MDB ölkələri arasında gənclər paytaxtı seçilib. İnanırıq ki, Qəbələ sözügedən idman tədbirlərinə layiqincə ev sahibliyi edəcək".

Gənclər və idman naziri Fərid Qayıbov idman bayramı münasibətilə iştirakçıları təbrik edib: "Təbii ki, bu qədər uşağı burada görmək bizi sevindirir. Bu ölkə başçımızın göstərişlərinə əsasən müvafiq qurumların uğurlu işinin nəticəsidir. İnanıram ki, burada gördüyümüz uşaqlar gələcəkdə uğurlu nəticələrə imza atacaq. Mən Quba sakinlərini təbrik edirəm. Ötən il Qubada keçirilən müxtəlif tədbirlər idmanın kütləviliyinin artmasına təsir göstərdi. İnanıram ki, Qəbələ rayon icra hakimiyyəti və müvafiq qurumlarla birgə bu il uğurlu işlər görəcəyik. Bu ilin sonunda Qəbələdə MDB oyunları da keçiriləcək. Bir sözlə, görüləcək işlərimiz çoxdur".

Rəsmi çıxışlardan sonra Fərid Qayıbov idman paytaxtının rəmzi açarını Ətayə Osmanova təqdim edib.Daha sonra "Qəbələ - İdman Paytaxtı 2025"in maskotu "Marşal" tamaşaçılara təqdim edilib.

İdman səfirləri – bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov çıxış ediblər.

Tədbirin bədii hissəsi gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın idman paytaxtı seçilib. "İdman paytaxtı"nın seçimində məqsəd regionlarda idmana olan marağın artırılması və inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliğidir.

NUH, QƏBƏLƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri