Icma.az
close
up
RU
İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim edirik.
 

Sfera.az bu dəfə sizə idman tarixini kökündən dəyişən atlet haqqında yazı təqdim edir.
Fosberi uşaqlıqdan idmanı sevirdi.
 

Əslində onun çox istedadlı olduğunu söyləmək olmazdı, amma idmandan başqa heç nə ilə məşğul olmaq istəmirdi.
 

Boyu 1.93 idi, amma orta məktəbdə basketbol komandasına seçilə bilməmişdi. Futbol komandası üçün cəhd etmiş, lakin oradan da qovulmuşdu.
 

Onun bədən quruluşu da atletika üçün uyğun deyildi. Bununla belə, çox uzun qolları atletikanın bir növündə ona avantaj ola bilərdi. O, uzun boyundan öz xeyrinə istifadə edə bilərdi. Bir neçə cəhddən sonra o, hündürlüyə tullanmada özünü təkmilləşdirməyə qərar verdi. Lakin bu idman növü onun üçün də asan olmayacaqdı.
 

Hündürlüyə tullanma məşqləri edərkən o, hər dəfə bara toxunduğunu müşahidə edirsi. Gecə-gündüz çalışsa da, bədənini lazım olduğu kimi hərəkət etdirə bilməyəcəyini anlamışdı.
 

Onun hazırda öyrədilən və tətbiq edilən hündürlüyə tullanma üslubları ilə uğur qazana bilməyəcəyi açıq-aydın görünürdü. Bununla belə, o, bu dəfə təslim olmayacaq və öz atlama metodunu inkişaf etdirməyə diqqət yetirəcəkdi.
 

Növbəti bir neçə il ərzində bədən quruluşuna ən uyğun üsulu tapmaq üçün qeyri-adi səy göstərdi. Yəni bütün bu səylərə dəyərdimi? Tamamilə bəli. Bu gün o, adını idman tarixinə qızıl hərflərlə yazan adlardan biri kimi anılır.
 

Fosbury (Fosberi) atlaması


Mövcud metodları bir kənara qoyub öz üslubunu yaratmağa cəsarət etmək, həqiqətən, böyük bir baxışdır. Təbii ki, bu baxış onun məğlubiyyətə daha dözə bilməməsinin ən böyük əksidir.
 

Çox çətin və uğursuz cəhdlərdən sonra Fosberi başa düşdü ki, kürəyini bara söykəyərək çiyinlərini, sonra ombasını və ayaqları ilə maneəni aşmağı bacardığının fərqinə varır.
 

Əvvəlcə bu atlama tərzi çox gülüş doğururdu.
 

Qəzetlər onu "dünyanın ən tənbəl hündürlüyə tullananı" adlandırırdılar (Arxasını bara söykədiyindən)
 

“Los Angeles Times” onu "binanın 20-ci mərtəbəsinin pəncərəsindən atılaraq yıxılmış kimi maneəni aşmağa çalışan adam" adlandırıb.
“The Guardian” “komandanın qəribə adamı” ifadəsini işlədib.
"Medal" və "Fosbury" adları hətta birlikdə istifadə edilmir. Heç kim onun uğur hekayəsi yazacağını düşünmürdü.
Bütün bunlara baxmayaraq, 1968-ci ildə Meksika Olimpiya Oyunlarında Fosberi inqilabı baş verdi.
 

Qəribə, gülməli və tənbəl adlandırılan həmin 21 yaşlı idmançı finalda 2,24 metr hündürlüyə qalxaraq nəinki medal qazandı, həm də hündürlüyə tullanmanın tarixini dəyişdirərək qızıl medal qazanan ilk şəxs oldu.
 

Olimpiya medalı, əlbəttə ki, onun səylərinə görə ən yaxşı mükafatdır.
 

Ancaq burada daha vacib bir şey var:

Onun yaradıcı ağlından istifadə edərək əldə etdiyi bu yenilik hündürlüyə tullanmanın atletika intizamının “ən yaxşı qəbul edilən üsullarını” və hətta bu idman növünün fəlsəfəsini tamamilə dəyişdi.
 

Bu hadisədən bir neçə il sonra "Fosbury Jump" atletlər tərəfindən istifadə edilən ümumi bir texnikaya çevrildi.
 

1972-ci ildən bəri olimpiya qızıl medal qazanan və rekord qıranların arasında “Fosbury Jump”dan istifadə edən çoxlu adlar var.
 

Göründüyü kimi, Fosberi təkcə özünü deyil, minlərlə insanı ruhlandırır. Onun çətin və qətiyyətli hekayəsi bir çoxlarına yaradıcılıq üçün bir neçə yaşıl işıq verib.


Xanım
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri