Icma.az
close
up
RU
İdmançı qadına qarşı 100 minlik dələduzluqda ittiham edilənin cəzası yüngülləşdirildi

İdmançı qadına qarşı 100 minlik dələduzluqda ittiham edilənin cəzası yüngülləşdirildi

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Külli miqdarda dələduzluqda və psixotrop maddə əldə etmədə təqsirləndirilən 1992-ci il təvəllüdlü Məhəmməd Abışovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, istintaq materiallarına əsasən Məhəmməd Abışov özünü müxtəlif dövlət qurumlarında tanışlarının olduğunu deyərək bir neçə nəfərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq etməkdə ittiham olunur.

İttihama görə, Məhəmməd Abışov sertifikasiya imtahanında uğursuz nəticə aldığı üçün işdən xaric edilən müəllimin vəzifəyə bərpa olunmasına kömək edəcəyi vədi ilə 7 min manat alıb. Başqa bir nəfərdən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alınması üçün 5 min manat, digər zərərçəkmişdən isə torpağa çıxarış vədi ilə 23 min manat alıb.

Məhəmməd Abışova qarşı irəli sürülmüş əsas ittiham isə külli miqdarda dələduzluq epizodudur. İttihama görə, o, Sevinc Dadaşova adlı xanıma özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək 100 min manat alıb.

Sevinc Dadaşovanın 3 nəfərdə külli miqdarda pulu olub. Məhəmməd Abışov həmin şəxslərdən pulu alacağını, qarşılığında isə ödəniş kimi 100 min manat istəyib. Zərərçəkmiş məhkəmədə 300 min manatdan çox pulunun mənimsənildiyini bildirib.

M.Abışov saxlanılan zaman yaşadığı ünvana baxış zamanı metamfetamin aşkar edilərək götürülüb.

100 min manat ziyan dəymiş idmançı xanım Sevinc Dadaşova məhkəmədə bildirib ki, M.Abışov işi "həll etmək" adı ilə pulu avtomobildə təhvil alıb və daha sonra əlaqələri kəsib. Zərərçəkmiş bildirib ki, Abışovdan pulu və sənədləri tələb edərkən "mənim sənə verəsi heç nəyim yoxdur" cavabını alıb və bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Zərərçəkmiş Sevinc Dadaşova şirkətlərdən birində mühasib işlədiyini, həmçinin pul müqabilində döyüşlərdə iştirak etdiyini, qeyd edilən məbləğdəki pulları da bu yolla qazandığını bildirib.

Məhkəmə araşdırması zamanı Məhəmməd Abışovun barəsində ittihamın bir hissəsi yüngülləşdirilib.

Məhkəmə belə qənaətə gəlib ki, M.Abışovun Sevinc Dadaşovadan 100 min manat alması sübuta yetirilmir.

Lakin digər epizodlar üzrə ittihamlara görə Məhəmməd Abışova cəza təyin edilib. Həmin zərərçəkmişlərin bəziləri ilə də barışıq əldə edilib.

M.Abışova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi sübuta yetirilmədiyi üçün ittiham 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilib.

M.Abışov xeyli miqdarda təkrar dələduzluq və narkotik ittihamları üzrə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası alıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri