İdmançı qızın nömrəsini aldı, qardaşı “söhbətə” çağırdı, əlini bıçağa atdı CƏZA
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gəray Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, Gəray Hacıyev Yasamal rayonu ərazisində yerləşən çörək sexində işləyən keçmiş iş yoldaşı Minarə Səfərovaya (şərti) məxsus mobil telefon nömrəsini həmin sexdə işləyən zərərçəkmiş İbrahim Qaraşovdan (şərti) öyrənib. İbrahim də bu barədə qadının qardaşı Samir Səfərova (şərti) məlumat verib. Samir də bu məsələni aydınlaşdırmaq üçün təqsirləndirilən şəxsi çörək sexinə dəvət edib. O, 04 may 2024-cü il tarixdə, saat 00:30 radələrində çörək sexinin qarşısına gələrək Samirlə görüşüb. Bu zaman Samir yumruqla onu bir dəfə vurub. Onların yanına gələn İbrahim söhbətə müdaxilə edərək Gərayı əl və ayaq zərbələri ilə vurub. Sonra təqsirləndirilən şəxs üzərində saxladığı bıçaqla İbrahimə qəsdən iki zərbə endirərək ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Gəray Hacıyev saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
O, məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, idmançıdır, 7 il cüdo, 2 il isə boksla məşğul olub.
Kamal Məmmədov
