İdrak liseyi şagirdlərini İTİRİR
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İnsidentin baş verdiyi “İdrak” liseyi ilə bağlı yeni təfərrüat və detallar məlum olub.
Modern.az-ın məlumatına görə, liseydə şənbə günü valideynlər üçün iclas keçirilib. İclasda valideynlərə uşaqları, ümumi tədris prosesi haqqında məlumatlar verilib və baş verən hadisəylə bağlı valideynlərin fikirləri öyrənilib.
Lisey rəhbərliyi bugündən etibarən təhsil müəssisəsində mühafizə sistemi gücləndirildiyini və daxil olan bütün şagirdlərin, çantalarının ciddi şəkildə yoxlanılacağını vəd edib.
Buna baxmayaraq, silahlı insidentdən sonra bəzi valideynlərin öz övladlarını liseydən çıxardığı bildirilir.
Xatırladaq ki, Bakıda yerləşən “İdrak” liseyində ötən həftə silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb və nəticədə 29 yaşlı qadın müəllim xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:235
Bu xəbər 09 Fevral 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















