Icma.az
close
up
RU
“İdrak” liseyində insident KONKRET

“İdrak” liseyində insident KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Fikir vermisinizsə, son dövrlərdə təəssüf ki məktəblilərin, azyaşlıların, yeniyetmələrin şiddətə meyl etməsi ilə bağlı çoxlu xəbərlər alırıq. Düşünürəm ki, bu gün uşaqların psixologiyasına ciddi təsir göstərən əsas səbəbələrdən biri də telefonlar, komputerlər və planşetlərdir”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a “Neuro Academy” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva bildirib.

O, virtual oyunların uşaqlarda yuxu pozğunluğuna səbəb olduğunu deyib:

“Bu oyunlar uşaqların psixi inkişafına təsir edir və onların beyinlərini qıcıqlandırır. Sanki beyin, bir növ, oyaq vəziyyətdə qalır. Belə olan halda uşaq da hər şeyə tez reaksiya verir. Əsəbi və səbrsiz davranır. Üstəlik, bəzi oyunlar – “Roblox”, “PUBG MOBİLE” və s. şiddət məzmunlu olduğu üçün bir çox ölkələrdə qadağan olunub. Bunlardan istifadə edən uşaq da oyunda kimlərisə öldürür, dalaşır və bununla da şiddət, vurmaq, dalaşmaq kimi hallar onlar üçün adiləşir. anki indiki uşaqlarda mərəmət hissi də azalıb. Özləri fərqinə varmasalar da, həmin hadisələr uşaqların şüuraltına təsir edir və bu hallar da davranışda özünü göstərir”.

N. Quliyev diqqəti “İdrak” liseyində baş verimiş gllələnmə hadisəsinə fokuslayıb.  O, 10-cu sinif şagirdinin yaraladığı Şəhla kamilovanın davranışını təhlil etməyin çətin olduğunu bildirib:

“Adətən, lisey şəraitində olan müəllimlər daha mülayim, sakit və xoşrəftar olurlar. Ehtimal ki, hansısa tələblərin qoyulması – dərsdə aktiv iştirak etmək, davranış baxımından bir sıra qaydalara riayət etmək, nizam-intizamı pozmamaq kimi qaydalar uşaq üçün məqbul olmayıb. Güman ki, məktəbliyə bir neçə dəfə xəbərdarlıq edildiyi üçün uşaq da bu qisas üsuluna əl atıb. Əlbəttə, müəllimin davranışını təhlil etmək çətindir. Ümid edirəm ki, pedaqoqa yaraşan şəkildə rəftar edib”.

Psixoloq uşaqlara alınan oyuncaqlara diqqət yetirməyin vacibliyini də vurğulayıb:

“Heç bir uşaq birdən-birə aqressivləşmir. Məncə, uşaqlara erkən yaşlarda oyuncaq silahların verilməsi də doğru yanaşma deyil. Çünki bu hal onlar üçün adiləşir. Oyunların da təsiri münasibətlərlə üst-üstə düşdükdə belə hadisələr baş verir. Konkret halda ailə və uşaq haqqında dəqiq məlumatımız yoxdur. Ona görə də “İdrak” liseyində baş verənlərlə bağlı ümumi danışırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Fevral 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri