Icma.az
close
up
RU
İdrak liseyindəki insident Hadisənin gizli səbəbi

İdrak liseyindəki insident Hadisənin gizli səbəbi

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"İdrak" liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə ciddi sual doğurub. Müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Milli.Az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, yeniyetmə və gənclərin aqressiv davranışlarının artmasının səbəbləri arasında internet oyunları və sosial medianın böyük rolu var.

Sosioloqun sözlərinə görə, uşaqların hələ psixoloji cəhətdən tam formalaşmadığı dövrdə "Roblox", "Mavi Balina" və digər internet oyunları vasitəsilə aqressiv nümunələrə məruz qalması onların davranış pozuntularına səbəb olur. Əlavə edib ki, bu oyunlarda uşaqlara özlərinə və ya başqalarına qarşı aqressiv hərəkətləri təşviq edən məzmunlar təqdim olunur ki, bu da uşaqlarda imitasiya və təqlid davranışını gücləndirir:

"Hadisələrin etiologiyası və xarakteri göstərir ki, bu, xarici ölkələrdə, xüsusilə Avropa və Amerika məktəblərində baş verən oxşar hallarla bağlıdır. Bullinq və ailədaxili münaqişələr uşaqlarda məktəb yoldaşlarına və müəllimlərə qarşı aqressiv davranışa gətirib çıxarır. Sosial şəbəkələr isə bu halları cəmiyyətə yansıdır və təsirini artırır. Müəllimin güllələnmə hadisəsi də, Avropa-Qərb ölkələrində eşitdiyimiz hadisədir".

Həmsöhbətimiz təklif edib ki, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır ki, belə qeyri-etik, əxlaqdankənar və davranış pozuntusuna səbəb olan paylaşımlar olmasın. 

Sosioloq nəzərə çatdırıb ki, ölkədə 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun qəbul edilib və bu, valideynlərə, məktəb və ictimai qurumlara uşaqları neqativ təsirdən qorumaq imkanları yaradır. Lakin o, həm ailədə tərbiyə boşluqları, həm də məktəbdə didaktik və tərbiyəvi işlərin kifayət qədər həyata keçirilməməsinin də uşaqların aqressiv davranışına səbəb olduğunu qeyd edib:

"Bu onu göstərir ki, Z, Alfa və indi formalaşan Beta nəsli sosial şəbəkələr və internet resurslarının təsirində böyüyür və ailədən, məktəbdən əvvəl bu resurslar onların davranışına təsir göstərir. Ona görə də sosiallaşma institutları kimi internet və sosial şəbəkələrin uşaqlar üçün təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir".

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri