İƏİT ölkələrində inflyasiya 4 ilin ən aşağı səviyyəsinə düşüb
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) regionunda inflyasiya son 4 ilin ən aşağı səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, qlobal iqtisadiyyatda inflyasiya səviyyələri baza təsiri və ya görülən tədbirlər nəticəsində azalmağa davam edir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bölgədə inflyasiya səviyyəsinin azaldığını və 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə endiyini açıqlayıb.
İƏİT-in təqdim etdiyi hesabata əsasən, fevral ayında 4,5% olan istehlak qiymətləri mart ayında 4,2%-ə enib.
Qida və enerji qiymətləri nəzərə alınmadan hesablanan əsas inflyasiya isə illik 4,7%-dən 4,5%-ə düşüb.
Enerji qiymətlərində bir əvvəlki ayda 3,8% olan artım sürəti keçən ay 3%-ə geriləyib.
Qida qiymətləri artıb
Digər tərəfdən, qida qiymətlərindəki artım sürəti 4,4%-dən 4,8%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 May 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















