Icma.az
close
up
RU
İƏT in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşdü Fotolar

İƏT in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşdü Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Oktyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhməd ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan hökumətinin ayırdığı təqaüdlə Bakıda təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) baş tutan tədbirdə əvvəlcə QHGT-nin Mənzil Qərargahı ilə tanışlıq keçirilib və daha sonra ölkəmizdə təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri barədə təqdimat nümayiş olunub.

Görüş çərçivəsində təqaüd proqramlarının tələbələrini əhatə edən “İƏT Tələbələr Assosiasiyası – Azərbaycan” təşkilatı tərəfindən İƏT Baş katibinə Azərbaycan hökumətinin İƏT-ə üzv ölkələrin tələbələri üçün təqdim etdiyi təqaüd proqramları haqda məlumat verilib. 2017-2022-ci illər üzrə 41 İƏT ölkəsindən 126 tələbəyə, 2024-2026-cı illər üzrə isə 39 İƏT ölkəsindən 219 tələbəyə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq imkanı verildiyi qeyd olunub. Ümumlikdə 46 İƏT ölkəsindən 350-yə yaxın gəncin Azərbaycanın təqdim etdiyi təqaüdlərdən faydalandığı vurğulanıb.

Bununla yanaşı, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC) tərəfindən Mərkəzin fəaliyyəti və İƏT ölkələrindən olan tələbələrlə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə təqdimat edilib.

Baş katib İsmail Ould Şeyx Əhməd çıxışında İƏT-in gələcək hədəfləri və perspektivləri, habelə təşkilatın yeni rəhbəri kimi qarşıya qoyduğu məqsədlər və gənclərin bu prosesdəki rolu barədə mühüm məqamlara toxunub. O, İƏT gənclərinə göstərilən xüsusi qayğı və diqqətə, həmçinin təhsil üçün təqaüdlərin ayrılmasına görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib.

İƏT gəncləri arasında əlaqələrin gücləndirilməsi və onların xalqlararası bağların inkişaf etdirilməsi sahəsində fəallığının təşviqi məqsədilə təşkil olunan görüş “İslam dünyasında həmrəyliyin gücləndirilməsində gənclərin mədəni diplomatiya səfirləri kimi rolu” mövzusunda interaktiv sual-cavab sessiyası ilə davam edib. Sessiyada gənclərin mədəniyyətlərarası dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.

Tədbir ICYF-ERC-nin İdarə Heyətinin sədri Elçin Əsgərovun bağlanış nitqi və xatirə fotosunun çəkilişi ilə başa çatıb.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri