Icma.az
close
up
RU
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü Fotolar

Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Nazir müavini həmçinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ziyarət edib. Firudin Qurbanov universitetin rektoru Aleksandr Juk və Belarus Respublikasının təhsil nazirinin birinci müavini Aleksandr Baxanoviçin müşayiəti ilə universitetdə yerləşən Tədris Robototexnikası Respublika Resurs Mərkəzi, idman kompleksi, kitabxana sistemi, rəqəmsal elektronika tədris laboratoriyasına baxış keçirib. 

Daha sonra nazir müavini həmin universitetdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət edib. Mərkəzdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov burada Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. O, mərkəzə Qarabağ irsi və mədəniyyətinə dair kitablar hədiyyə edib.

Firudin Qurbanov Azərbaycan dili və mədəniyyəti mərkəzində Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb. Görüş zamanı nazir müavini tələbələrin həm təhsil aldıqları ölkədə, həm də beynəlxalq akademik mühitdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. O, Azərbaycan və Belarus ali təhsil müəssisələri arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın tələbələr üçün yaratdığı imkanlardan bəhs edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyun 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri