İƏT in Xankəndi tədbiri Azərbaycan ərazilərinin artıq tamlığını simvolizə edir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İƏT toplantısının Xankəndində keçirilən tədbiri tarixi xarakteri ilə fərqlənir. İlk növbədə məkan seçilməsi, sonra isə veriləcək mesajlar baxımından. Məkanın Xankəndi olması və ora İran da daxil Türkiyə, Pakistanla yanaşı digər Türk dövlətləri başçılarının
gəlməsi simvolik olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ərazilərinin artıq tamlığını simvolizə edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, İƏT 1984-85-ci illərdə Türkiyə tərəfindən yaradılıb:
"Bu təşkilat göründüyü kimi kifayət qədər uzun ömürlü və ayaqda qalan təşkilatdır.
Bura postsovet Türk dövlətlərinin də qatılması, eləcə də Şimali Kıprız Türk Respublikasının iştirakı təşkilatın iqtisadi gücünü daha da böyüdüb, rəngarəng edib.
Geosiyasi durumun son Rusiya-Azərbaycan hadisələri ilə gərgin olduğu bir vaxtda İƏT rəhbərlərinin Xankəndinə gəlməsi böyük dəstək mesajı daşıyır. Veriləcək dəstək mesajlarının Rusiya üçün müəyyən mənada çəkindirici xarakter daşıyacağı mütləq olacaq. Tədbir eyni zamanda üzv ölkələrin iqtisadi əlaqələrinin artması istiqamətində də önəmli olacaq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Xankəndi şəhərində İƏT in yüksək səviyyəli beynəlxalq tədbiri keçirilir
03 İyul 2025 14:54
Xankəndi zirvəsi İƏT i yeni yüksəlişə yönləndirdi
05 İyul 2025 23:47
Azərbaycan əzəmətinin Xankəndi zirvəsi
05 İyul 2025 10:20
Məhkəmədə Petrosyanın Azərbaycan ərazilərinin işğalı barədə fikirləri dinlənildi
19 May 2025 15:06
Xankəndi Azərbaycan turizminin mərkəzinə çevirilir
03 İyul 2025 10:47
Baxış sayı:70
Bu xəbər 03 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















