Icma.az
close
up
RU
Xankəndi zirvəsi İƏT i yeni yüksəlişə yönləndirdi

Xankəndi zirvəsi İƏT i yeni yüksəlişə yönləndirdi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq qurumun Qarabağ sammiti qapalı sülhdən açıq əməkdaşlığa çağırışdır

4 iyul 2025-ci il. Xankəndi. Onillərlə beynəlxalq gündəmdə münaqişə, işğal və separatizm kimi anlayışlarla tanınan bu şəhər indi fərqli bir gerçəkliyin mərkəzindədir. Xankəndi adı illərlə beynəlxalq hesabatlarda, ATƏT-in missiyalarında, BMT qətnamələrində və danışıqlar masalarında yalnız bir statusla çəkilirdi: “mübahisəli zona”, “işğal altındakı ərazi”, “dondurulmuş münaqişə”. Burada diplomatik ritorika ilə hərbi reallıq arasında böyük bir uçurum var idi. Qərb onu “dağılmış münaqişə zonası”, Rusiya “təzyiq aləti”, Ermənistan isə “müdafiə xətləri” kimi görürdü. Azərbaycan isə Xankəndiyə baxanda parçalanmış hüquqi suverenlik və yarımçıq ədalət görürdü.

İndi isə – tam beş il sonra – kameralar, fotoobyektivlər Xankəndiyə başqa fokusla yönəlir. Bayraqlar sülh içində dalğalanır, diplomatlar aramla addımlayır, ətrafda mühafizəçilər yox, media nümayəndələri var. Səhnə tamamilə dəyişib – forma da, məzmun da. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) 17-ci sammiti burada keçirilir. Bir vaxtlar separatizmin yuvası olan şəhər bu gün regional əməkdaşlığın simvoluna çevrilir.

Tədbirdə iştirak edən hər bir ölkə Azərbaycanın Qarabağdakı suverenliyini qəbul etdiyini göstərmiş olur. Çünki diplomatiyada bəzən qəbul etdiyini söyləməkdən daha güclü jest — iştirakdır. Görünən budur. Bəs görünməyən nədir?

Görünməyən — bu sammitin arxasındakı sistemli, illərlə formalaşmış siyasi iradə və strateji səbirdir. Görünməyən — Azərbaycanın təkcə müharibə meydanında deyil, sülh platformalarında da güc mərkəzinə çevrilmək uğrunda yürüdüyü dərin diplomatik oyundur. Görünməyən — bu səssiz razılaşmaların fonunda beynəlxalq ictimaiyyətin “reallığı qəbuletmə” mərhələsinə keçididir. Çünki bu artıq “münaqişə sonrası” yox, “münaqişədən sonrakı reallığın təşkili” mərhələsidir.

Xankəndidə keçirilən sammitə diplomatik çərçivədən baxanda ilk olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının adı görünür. Ancaq bu adın arxasında böyük regional balans oyunu, nüfuz mübarizəsi və siyasi niyyətlər durur.

***

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə üç ölkənin – İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaradıldı. Təşkilatın əsas məqsədi regional iqtisadi əməkdaşlığı gücləndirmək, ticarət əlaqələrini genişləndirmək və nəqliyyat infrastrukturlarını inkişaf etdirərək, üzv ölkələr arasında iqtisadi inteqrasiyanı dərinləşdirmək idi. İƏT-in yaradılması həm də həmin dövrün qlobal geosiyasi kontekstində mühüm addım hesab edilirdi. Çünki bu region dünyada enerji, nəqliyyat və strateji marşrutların kəsişdiyi bir nöqtədə yerləşirdi.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra İƏT-in əhatə dairəsi xeyli genişləndi. Mərkəzi Asiya ölkələri — Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan — bu təşkilata üzv oldular. Bundan əlavə, Cənubi Qafqaz regionundan Azərbaycan və Ermənistan da İƏT-in üzvləri sırasına daxil oldular. Bu genişlənmə təşkilata funksional və siyasi baxımdan yeni imkanlar qazandırdı. Azərbaycan bu prosesdə fəal iştirakla regionun ən strateji coğrafi mövqelərindən birində yerləşən ölkə kimi ön plana çıxdı.

İƏT-in rəsmi gündəliyi iqtisadi inteqrasiyanın müxtəlif aspektlərini əhatə edir: ticarət axınlarının asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat və logistika bağlantılarının möhkəmləndirilməsi, enerji layihələrinin təşviqi və regionda dayanıqlı inkişafın təmin olunması.

Azərbaycanın bu regional təşkilat çərçivəsində həyata keçirdiyi və ya təşəbbüs verdiyi layihələr, əslində, onun gündəliyinə yeni nəfəs gətirdi. Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər marşrutları, Zəngəzur dəhlizinin mümkün açılışı kimi layihələr çoxtərəfli regional layihələr statusunda təqdim edilir. Sammitin gündəliyində yer alan nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və ticarət axınları kimi sahələr Azərbaycanın son illər bölgədə liderlik iddiasının struktur sütunlarıdır. Ən əsası isə budur ki, Azərbaycan bu təşkilatı yalnız iqtisadi funksiyaları yerinə yetirən bir qurum kimi görmür. Bakı üçün bu qurum ölkənin öz siyasi modelini, sabitlik yanaşmasını, regional baxışını üzv ölkələrə ötürmək üçün yumşaq güc vasitəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndidə iştirakı Ankaranın Cənubi Qafqazda artan nüfuzunun açıq göstəricisidir. Prezidentin səfəri həm Şuşa Bəyannaməsinin canlı davamı, həm də Türk dünyasına ünvanlanan bir siqnaldır: Azərbaycanın gələcəyi artıq regional məkanın gələcəyi ilə sıx şəkildə bağlıdır. Bundan əlavə, R.T.Ərdoğanın varlığı beynəlxalq ictimaiyyətə başqa bir mesaj verir: Ankara Bakı ilə eyni diplomatik cəbhədədir.

İran Prezidenti Məsud Pezeşkianın, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin, eləcə də yüksək səviyyəli digər nümayəndə heyətlərinin Xankəndiyə səfəri siyasi oxunuş doğurur. Uzun illər boyunca Qarabağ məsələsində balanslı və bəzən Azərbaycanın narazılığına səbəb olan ritorikaya malik Tehran indi bu platformada iştirak etməklə Azərbaycanın ərazi bütövlüyünü faktiki tanımış olur.

***

Mövcud fon isə sammitin beynəlxalq rezonansını gücləndirir. Əgər əvvəllər dünya Qarabağla bağlı xəbərləri münaqişə başlıqları ilə tanıyırdısa, indi həmin coğrafiyada liderlər toplaşır, iqtisadi əməkdaşlıqdan danışır və strateji layihələrdən bəhs edirlər. İƏT-in Xankəndidə keçirilən 17-ci sammiti Azərbaycanın yeni beynəlxalq dildə danışmağa başladığını, özü də bunu birbaşa Qarabağdan – illərlə konfliktin sinonimi olan bir məkandan etdiyi bir siqnal idi.

Bundan başqa, Bakı bu sammitlə öz xarici siyasət xəttini də təqdim etdi: qapalı sülh deyil, açıq əməkdaşlıq; revanşist ritorika yox, institusional dialoq. Azərbaycan indi yalnız region daxilində deyil, Avrasiya miqyasında da oyun qurucusu kimi çıxış edir. Bundan daha önəmlisi, Azərbaycan bu tədbirlə beynəlxalq ictimaiyyətə bir çağırış etdi: “Reallığı qəbul edin. Biz artıq keçmişi deyil, gələcəyi müzakirə edirik”.

Azərbaycanın bu sammitlə yaratdığı “Qarabağdan regional liderliyə doğru” narrativi, əslində, bölgənin gələcəyi üçün də yeni siyasi çərçivə təklif edir. Azərbaycanın öz ərazi bütövlüyünü təkcə bərpa etməsi yox, bu ərazilər üzərində beynəlxalq əməkdaşlıq və siyasi cazibə yaratması, əslində, postmünaqişə dövrü üçün dünya praktikasında nadir bir presedentdir. Hər ölkə müharibədə qələbə qazana bilər. Amma həmin ölkə heç də sülhü qurub, o sülhü beynəlxalq əlaqələrə çevirmək bacarığını nümayiş etdirə bilməz.

Məhz bu mənada Azərbaycan artıq region içindəki rolunu tamamlayıb, bölgədən kənara çıxan yeni bir siyasi arxitektura qurmaq istəyindədir. Bakı indi suverenliyin qorunması ilə paralel olaraq nüfuzun paylaşılması, əməkdaşlıq kanallarının açılması və regional inteqrasiyanın təşviqi ilə məşğuldur. Bütün bu addımlar isə qapalı təhlükəsizlik doktrinasından açıq diplomatiya strategiyasına keçiddir.

Bununla da, Azərbaycanın xarici siyasəti çoxmərkəzli, çoxvektorlu mövqeyə əsaslanır. Bakı nə təkcə Qərbə, nə də yalnız regiona yönəlir. O, həm Rusiya, həm İran, həm Türkiyə, həm də Çin və Avropa ilə fərqli gündəmlər üzrə paralel diplomatiya aparır. Azərbaycan modeli müasir dövrdə az sayda ölkəyə xasdır. Onu da qeyd etməliyik ki, İƏT-in Xankəndi sammiti Azərbaycan diplomatiyasının özünə inamının rəsmi bəyanıdır.

Sonda bir həqiqəti də vurğulamaq istərdik ki, dünya bu zirvəyə baxaraq bir daha gördü: Qarabağ münaqişəsinin sonu bütün regionun siyasi tənzimlənməsi mərhələsinin başlanğıcıdır. Və bu tənzimləmənin mərkəzində Azərbaycanın öz baxışı, öz təşəbbüsü və öz məntiqi dayanır.

Ş.ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri