Icma.az
close
up
RU
Xankəndi Azərbaycan turizminin mərkəzinə çevirilir

Xankəndi Azərbaycan turizminin mərkəzinə çevirilir

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələr ilə yanaşı füsunkar təbiətə və geniş turizm imkanlarına malikdir. Qarabağ bölgəsində müalicəvi turizmin, istirahət turizmin, eko-turizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. 

Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də bölgədə turizmin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Tarixi zəfərimizdən sonra bu istiqamətdə geniş miqyaslı işlər görülür. Füzulidə, Zəngilanda və Laçında beynəlxalq hava limanları, tikilən və bərpa olunan hotellər, həyata keçirilən digər infrastruktur layihələr turistlərin Qarabağa cəlb olunmasında mühüm rol oynayır. 

2023-cü ildə antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri Azərbaycanın nəzarətinə qaytarılandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən “Palace”, “Qarabağ” və “Xankəndi” hotellərində, həmçinin, “Bulud Terrace & Hotel”-də təmir-bərpa və yenidənqurma işləri başlandı. Cənab Prezident tamamilə yenilənən və müasir tələblərə cavab verən hotellərin açılışlarında iştirak etmişdir. Sezar pizza

Xankəndi şəhərində yerləşən “Palace” və “Qarabağ” hotelləri 5 iyul 2024-cü ildən etibarən qonaqların istifadəsinə verilib. Şəhərin mərkəzində yerləşən hər iki hotel həm yerli həm də əcnəbi qonaqların istirahəti üçün əvəzolunmaz seçimdir.

Palace Hotel 

Xankəndi şəhərinin mərkəzində yerləşən, “Palace Hotel” 2,57 hektar ərazini əhatə edir. Qədim Yunan üslubunda inşa edilən “Palace Hotel” onu digər hotellərdən daha da fərqli edir. 

Bir tərəfdən dağlara, digər tərəfdən isə şəhərin mərkəzinə və “Qarabağ” stadionuna açılan gözəl mənzərə göz oxşayır. Biri birindən komfortlu 54 müxtəlif kateqoriyalı otaqlar qonaqların ixtiyarındadır. 

Milli və dünya mətbəxinin ləziz təamlarını dada biləcəyiniz 5 fərqli üslubda olan restoran və kafelər sizi “Palace Hotel”-də gözləyir: 

1.Gününüzü xoş və sağlam başlamaq üçün müxtəlif çeşidli bufet menyu “Səhər yeməyi” restoranında verilir. 

2.“Dəfnə” restoranında ənənəvi Azərbaycan milli mətbəxinin təamları təzə və keyfiyyətli məhsullardan hazırlanaraq qonaqlara böyük sevgi ilə təqdim olunur.

3.“Lobby Lounge Terrace” qonaqlara günboyu yerli və dünya mətbəxinin müxtəlif təamlarını, bir çox növdə içki və kokteylləri təklif edir. Restoranın terası günün yorğunluğunu çıxartmaq üçün seçilən ən ideal məkandır. 

4.“Şirin Coffee & Bakery” adlı məkanda təqdim edilən müxtəlif çeşidli  kofe və şirniyyatlar, kafenin terasından şəhərin mərkəzinə açılan gözəl mənzərə qonaqların zövqünü oxşayır.

5.“Cafe Park” – “fast food” və dünya mətbəxini sevən qonaqlara biri-birindən ləzzətli təamlar təqdim edir.

“Palace” hotelində müxtəlif növ iclas, tədbir, seminar və təlimlərin keçirilməsi üçün nəzərdə tutulan konfrans otağı, qapalı hovuz, son model idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalı, asudə vaxtınızı keçirə biləcəyiniz əyləncə zonası (bilyard, stolüstü tennis) və mini futbol meydançası qonaqların istifadəsinə verilib. 

Qarabağ Hotel 

Xankəndi şəhərinin mərkəzində yerləşən “Qarabağ” hotelin isə qədim tarixi var. Meydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından sağ tərəfdə  yerləşən binanın müəllifi — Azərbaycan memarı Ənvər Qasımzadə olub. 

Hotel XX-ci əsrin ortalarında istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra binanın ilkin görkəmi və keçmiş adı — "Qarabağ" adı qaytarılıb. “Qarabağ” hoteli hal-hazırda öz əsrarəngiz və möhtəşəm görünüşü ilə qonaqların lüks istirahətini təmin edir.  Otaqların dizayn və interyeri qədim milli üslübda olaraq, əsrlər öncə xanlıqların yaşadığı sarayı xatırladır. Hoteldə qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Xüsusi incəlik və milli ornamentlə dizayn edilmiş,  özündə komfort və yüksək zövqü cəmləşdirən hotelin otaqları qonaqların istifadəsinə verilib.

Azərbaycanın milli, mənəvi dəyərlərini özündə əks etdirən, möhtəşəm interyeri və ləziz təamları ilə seçilən “Ləmpə” restoranı, qonaqların əsrarəngiz və unudulmaz gün keçirməsi üçün yaradılmış ən əlverişli məkandır. 

Bulud Terrace & Hotel

Xankəndi şəhərində yerləşən prestijli “Bulud Terrace & Hotel” 19 fevral 2025-ci il tarixində açılışından sonra istifadəyə verilib. Hotel həm dağlara, həm də şəhərin mərkəzinə açılan mənzərəsi ilə mükəmməl  harmoniya yaradan,  geniş bir ərazidə yerləşir. Ümumi sahəsi 5,325 m²-dən artıq və 5 mərtəbədən ibarət olan binada 91 nəfər qonaq qəbul edə biləcək 45 fərqli kateqoriyalı otaqlar mövcuddur. 

Müxtəlif ölçü və üslublu otaqlar, komfort və rahatlıq baxımından yüksək standartlara cavab verir. Burada həm biznes səfərləri, həm də istirahət üçün mükəmməl şərait yaradılıb. 

Həmçinin, qonaqlar milli və dünya mətbəxinin zəngin təamlarını dadmaq üçün 3 fərqli restoran və kafedən istifadə edə bilərlər. “Bulud Terrace & Hotel”-in 5-ci mərtəbəsində yerləşən 80 nəfərlik restoran, əvəzolunmaz milli mətbəximizin müxtəlif təamlarını öz qonaqlarına təqdim edir. Dörd bir yandan şəhər mənzərəli, geniş və işıqlı olan bu məkan, qonaqlarının rahat və komfortlu mühitdə, yüksək keyfiyyətli istirahətini təmin edir. 

Hotelin 1-ci mərtəbəsində yerləşən restoran isə 63 nəfərədək qonaq qəbul edə bilər. Rahat və xoş mühitdə, müxtəlif növ içki və yemək menyusunu təqdim etməklə, qonaqlara yüksək səviyyədə xidmət göstərilir. 61 nəfərədək qonaq üçün nəzərdə tutulmuş “Səhər yeməyi” restoranında geniş çeşidli səhər yeməyi və bufet xidməti təklif olunur. Restoran qonaqlarını həm açıq, həm də qapalı ərazidə rahat və komfortlu bir mühitlə qəbul edə bilir. 

Qarabağ bölgəsində turizm sahəsinə həm vətandaşlarımız üçün, həm xarici turistlər üçün geniş infrastruktur imkanlarının yaradılması davam etdiriləcəkdir. Qonaqların tələblərinə cavab vermək üçün müxtəlif kateqoriyalarda yeni hotellərin inşası nəzərdə tutulur. Bu, həm fərdi, həm də qrup  qonaqları üçün rahatlıq və uyğunluq təmin edəcək. 

Azərbaycanın qədim Xankəndi şəhəri və özündə incə, estetik dizayn və göz oxşayan interyeri cəmləşdirən, hər bir detalında rahatlıq və hüzur bəxş edən “Palace Hotel”, “Qarabağ Hotel” və “Bulud Terrace & Hotel” qonaqların yolunu gözləyir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri