İƏT İranın 2 günlük təklifini dəstəklədi
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Tehranın bölgədəki müharibəni dayandırmaq üçün irəli sürdüyü yeni təklifi dəstəkləyiblər.
Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazir bu planın davam edən münaqişəyə tamamilə son qoyacağına ümid etdiyini bildirib. O, görüşü "çox yaxşı" adlandırıb.
"Qətərin vasitəçiliyi ilə çatdırılan bu plan bölgədə sülhün və Hörmüz boğazında təhlükəsizliyin bərpasını nəzərdə tutur. Plana görə, ticarət gəmilərinin boğazdan sərbəst keçidi 48 saat ərzində bərpa edilə bilər. Bu təklif regionda müharibəni dayandıra bilər. İran təklif edir ki, ABŞ 3 şərti yerinə yetirsin. Birincisi, İran limanlarına qarşı dəniz blokadasını qaldırılsın. İkincisi, bütün cəbhələrdə müharibə dayandırılsın. Üçüncüsü isə xaricdəki İran pullarının dondurulmasının ləğv olunmasıdır", - Əraqçi vurğulayıb.
Görüşdə həmçinin enerji, elm və regional təhlükəsizlik sahəsində əməkdaşlıq da müzakirə olunub.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















