İFA londonlulara cərimə kəsdi
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
İngiltərə Futbol Assosiasiyası (İFA) premyer-liqanın 24-cü turunun “Çelsi” – “Vest Hem” matçında (3:2) baş verən insidentlə bağlı ölçü götürüb. Futbol qurumu kütləvi dava ilə bağlı qərarını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, qurumun saytının məlumatına görə, Müstəqil Tənzimləmə Komissiyası hər iki klubu intizamsızlığa görə böyük məbləğdə cərimələyib.
İttihama əsasən, “Çelsi” bu il yanvarın 31-də keçirilən matçın 90+5-ci dəqiqəsində oyunçularının qeyri-etik və təxribatçı davranışlarının, “Vest Hem” isə üzvlərinin aqressiv hərəkətlərinin qarşısını ala bilməyib. Hər iki klub irəli sürülən ittihamları qəbul edib. Keçirilən dinləmələrdən sonra komissiya “Çelsi”ni 325 min funt sterlinq, “Vest Hem”i isə 300 min funt sterlinq məbləğində cərimələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Mart 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















