Icma.az
close
up
RU
Iğdır Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və Türkiyənin iqtisadi inkişafına mühüm töhfə verəcək

Iğdır Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və Türkiyənin iqtisadi inkişafına mühüm töhfə verəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Azərbaycan Türkiyə münasibətləri uzun əsrlərin sınağından keçib və bu qardaşlıq, dostluq bütün dünya ölkələri üçün bir nümunə ola bilər. Çünki bizi mənəvi dəyərlər, tarixi köklər, bir də saf münasibətlər birləşdirir. Cənab Prezident İlham Əliyevin bu dəfə ki, Türkiyə səfəri də bu baxımdan çox əlamətdar oldu və hər iki dövlətin rəhbəri Iğdır-Naxçıvan qaz kəmərinin video bağlantı formatında açılış mərasimində iştirak etdilər. Həm cənab İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış etdilər və qaz kəmərinin əhəmiyyətindən, eləcə də qardaşlıq münasibətlərindən geniş bəhs etdilər. Bu, dünya üçün bir mesaj idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatl Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, bu mesaj birliyin, qardaşlığın, əməkdaşlığın vahidliyini bir daha dünyaya göstərmək idi.

Tahir Rzayev

“Azərbaycan Prezidenti çıxışında bildirdi ki, Azərbaycan bu gün dünyanın qaz ixracatçı ölkələri sırasındadır və keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Bunun da təxminən yarısı Türkiyəyə olan ixracatlardır. Eyni zamanda Türkiyə ilə birgə 11 ölkədən 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Əlbəttə ki, bu, dövlətimiz üçün böyük əhəmiyyətə malik olan bir faktdır və yeni qaz kəmərinin açılışı Naxçıvanın gələcək inkişafına böyük töhfə verəcək. Bu, birinci qaz kəməri deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi qaz kəmərləri həm Türkiyənin, həm də Azərbaycanın iqtisadi inkişafına öz töhfələrini verir. Yeni qaz kəmərinin çəkilməsi sözsüz ki, ölkələrin və xalqların gələcək mənafeyi, inkişafı baxımından önəmlidir. Bu, hər iki çıxışda qeyd edildi. Azərbaycan Prezidenti qürurla bildirdi ki, çətin dövrdə Naxçıvanın erməni faşistlərindən qorunmasında işğal altına düşməməsində Naxçıvanın böyük dəstəyi olmuş və “Ümid” körpüsünün açılması ulu öndərimiz Heydər Əliyevin cəsarətli, uzaqgörən siyasəti nəticəsində Naxçıvan işğaldan qurtulmuşdur”-deyən deputat bildirib ki, bu da bir həqiqətdir ki, həmin dövrlərdə Türkiyə Azərbaycanın yanında olduğunu göstərmiş və bu gün də bu ənənə davam edir.

Deputatın sözlərinə görə, Azərbaycan nəinki qaz və neft ixracatı sahəsində Türkiyə ilə birlikdədir, eləcə də digər sahələrdə - siyasi, mədəniyyət, turizm, kənd təsərrüfatı, ticarət sahələrində bizim əlaqələrimiz ildən ilə genişlənir və bu da hər iki ölkəyə, ölkələrin xalqlarına, onların gələcək inkişafına öz töhfələrini verir.

Tahir Rzayev qeyd edib ki, Iğdır-Naxçıvan qaz kəmərinin açılışı çox mühüm bir hadisədir və bilavasitə bu hadisə iki dövlət rəhbərlərinin qardaşlığına, dostluğuna yeni bir məna verir və əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə öz köməkliyini göstərəcək.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri