Icma.az
close
up
RU
II Liqanın yekunları: çempionatdan autsayderə kimi

II Liqanın yekunları: çempionatdan autsayderə kimi

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan II Liqasında 2024/25 mövsümünə yekun vurulub.

Futbolpress.az-ın məlumatına görə, 26 turdan sonra 72 xal toplayan “Şahdağ Qusar” qızıl medalları qazanıb. Komanda yeni mövsümdən I Liqada iştirak edəcək. “Şahdağ Qusar” 23 oyunda qələbə qazanıb, 3-də heç-heçə edib. Bölgə təmsilçisi mövsümü məğlubiyyətsiz başa vurub. Heyətində Rahid Əmirquliyev, Ədilxan Qarəhmədov, Nodar Məmmədov kimi Premyer Liqa təcrübəsi olan futbolçularla çempionluğa gedən “Şahdağ Qusar”ın yeni mövsümdəki çıxışı maraqla gözlənilir. Ötən il qızıl medalları qazanan “Baku Sportinq” bu mövsüm I Liqada ortabab səviyyədə çıxış etdi və liqada qalmağı bacardı. “Şahdağ Qusar”ın isə hansı iddia ilə çempionata qoşulacağı maraqla gözlənilir.

Turnir cədvəlində 71 xalla ikinci olan “Şəfa” və 53 xalla üçüncü olan “Şimal” da üst liqaya yüksəlib. AFFA İcraiyyə Komitəsinin qərarın görə, 4-cü pillədə yer alan “Hypers Guba” isə I Liqanın 9-cu sırasında yer alan komanda ilə bir oyundan ibarət pley-off matçı keçirəcək.

II Liqanın yekunlarına əsasən, çempionatın ən çox qol vuran komandası “Şəfa”dır. Bakı təmsilçisi 26 turda 100 qol vurub və bu, çempionat üçün mövsümün rekordudur. “Şəfa” 15 qol buraxıb və çempiondan bir xal geri qalır.

Çempionatda ən az qol vuran komanda isə “Lerik”dir. Lerik stadionunun yararsız vəziyyətdə olması səbəbindən ev oyunlarını Lənkəranda keçirən bölgə təmsilçisi 26 oyunda cəmi 26 qol vurub. Bir müddət maliyyə sıxıntıları yaşayan, səfər oyunlarına gedə bilməyən komandanın liqada qalmaq mübarizəsi də maraqlı alındı. Son tura qədər düşmə ehtimalı olan “Lerik” sonuncu turda “Füzuli”yə qalib gəlməklə yerini qorudu. Komanda Region Liqasında ikinci olan kollektivlə pley-off oynayacaq.

II Liqada mövsümün ən az qələbə qazanıb, ən çox uduzanı, eyni zamanda ən çox qol buraxanı isə autsayder “Füzuli” oldu. 4 qələbə qazanıb, 19 dəfə uduzan komanda ümumilikdı 89 qol buraxıb.

Ötən il Region Liqasında mübarizə aparan “Hypers Guba”da uğurlu çıxışı ilə diqqətdə qaldı. Komanda “üçlük”dən 7 xal geri qaldı və 4-cü kimi pley-offa vəsiqə qazandı.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 May 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri