II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün Paşinyanın ətrafına toplaşan arxiyepiskopların sayı artır
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı artır.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Telegram" hesabında bildirib.
Onun sözlərinə görə, erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı 16-ya çatıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı katolikosa müxalif olan 10 yepiskopla birlikdə erməni kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib.
Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin Katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 10 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















