Icma.az
close
up
RU
III Beynəlxalq Türkoloji Konqresə yekun vurulub

III Beynəlxalq Türkoloji Konqresə yekun vurulub

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçirilən “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresin bağlanış mərasimi olub.

AMEA-dan bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə əvvəlcə Çankırı Karatekin Universitetinin rektoru professor Harun Çiftçinin videoçıxışı konqres iştirakçılarının diqqətinə çatdırılıb. O, ortaq mədəni dəyərlərin qorunması, türk xalqları arasında əməkdaşlığın inkişafı, eləcə də Türk dünyasının ortaq elmi mövzularının müzakirəsi baxımından konqresin önəmini vurğulayıb.

Daha sonra tanınmış türkoloq, tarix elmləri doktoru Süleyman Kayıpov, türkmənistanlı türkoloq alim Narbibiş Şammayeva, AMEA Folklor İnstitutunun direktoru vəzifəsini icra edən dosent Afaq Ramazanova, türkiyəli akademik Sacide Çobanoğlu və digərləri çıxış edərək konqresin Türk dünyasının öz məfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsi istiqamətində faydalı olacağını bildiriblər.

Tədbirə yekun vuran AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konqresin bir çox cəhətdən əhəmiyyətli olduğunu söyləyib. O, III Beynəlxalq Türkoloji Konqresi Türk dünyasının bütövlüyünün, tamlığının və daha da möhkəmlənməsinin ən mühüm nəticələrindən biri kimi yüksək qiymətləndirib. Qeyd edib ki, bundan sonra da Türk dünyasının elmi-mədəni inteqrasiyasının genişlənməsinin təmin edilməsi istiqamətində bütün səylər səfərbər olunacaq.

Akademik İsa Həbibbəyli ikigünlük konqres çərçivəsində səslənən məruzələrin ortaq tarix, ortaq dil, ortaq ədəbiyyat, ortaq mədəniyyət kimi mövzuları əhatə etməklə Türk dünyası birliyinin zənginliyini göstərdiyini bildirib.

AMEA rəhbəri türk ölkələrinin müxtəlif elmi qurumları arasında əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi baxımından da tədbirin önəmini vurğulayıb. Bildirib ki, konqres çərçivəsində formalaşan dostluq, yenidən qurulan əməkdaşlıq Türk dünyasının bu gününü və sabahını möhkəmləndirməyə xidmət edir.

Akademik İsa Həbibbəyli III Beynəlxalq Türkoloji Konqresin açılış mərasiminin I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində məhz AMEA-nın Rəyasət Heyətində keçirilməsinin tarixi əhəmiyyətini qeyd edib, tədbirin I Türkoloji Qurultayın 100 illiyinə hazırlıq kimi də mühüm rol oynadığını bildirib. Akademiya rəhbəri, həmçinin III Beynəlxalq Türkoloji Konqresin AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirildiyinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

“XXI əsrin “Türk əsri” olacağı haqqında əfsanənin gerçəyə çevrildiyinin mümkünlüyünü meydana qoyduq”, - deyə bildirən AMEA rəhbəri tədbirin Türk dünyasının birliyinə, həmrəyliyinə töhfə verdiyini söyləyib.

Daha sonra akademik İsa Həbibbəyli Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” kitabının AMEA Rəyasət Heyətinin qərarı ilə çapdan çıxmış I, II və III cildlərini qonaqlara hədiyyə edib.

Sonda konqresdə fəal iştirak edən gənc tədqiqatçılara təşəkkürnamələr təqdim olunub.

Tədbir Türk dünyası ölkələrinin Dövlət himnlərinin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, III Beynəlxalq Türkoloji Konqresi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri