III MDB Oyunlarının qalibi: Qızıl medalı qazandığım anda ilk ağlıma gələn himnimiz oldu
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Qızıl medalı qazandığım anda ilk ağlıma gələn himnimiz oldu".
Bu sözləri Baku TV-yə müsahibəsində III MDB Oyunlarında qızıl medala sahib olan karateçi Mədinə Sadıqova deyib. "Orada bayrağımızın altında himnimizi eşitmək mənim üçün böyük qürur idi. Həmişə qalib idmançılarımızı izləyəndə həmin hissləri yaşamağı arzulayırdım", - deyə o əlavə edib.
Mədinə Sadıqova uğurunu həyatını itirmiş dostuna həsr etdiyini bildirib: "Yaxın dostum Nihad ani ürəktutmasından dünyasını dəyişdi. Oyunlar zamanı pis idim, onu çox istəyirdim. Nihadın son günündə yanında ola bilməmişdim. Turnirdə ən çox onun üçün döyüşürdüm. Bu medalı Nihada həsr edirəm".
O, həmçinin gələcəkdə daha çox medal qazanmağı arzuladığını söyləyib: "Qızıl medal mənim üçün böyük motivasiya oldu. Şəhid kapitan Sadıqovun qızı olaraq tarixə keçəcəyimə inanıram".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
III MDB Oyunlarının qalibi: "Qızıl medalı qazandığım anda ilk ağlıma gələn himnimiz oldu"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Oktyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















