Icma.az
close
up
RU
III raunda hazırlıq: İstanbulda görüşənə qədər...

III raunda hazırlıq: İstanbulda görüşənə qədər...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tramp yol axtarır, Putin gözləyir, Zelenski şərt irəli sürür

Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən görüş fundamental dəyişikliklə yadda qalmadı - başqa sözlə, silahlı qarşıdurma hələ də davam edir. Tərəflərin iddialarından geri çəkilməməsi, hətta köhnə-yeni şərtlərdə israrlı olmaları münaqişənin tənzimlənməsi fazasını gecikdirir. Xatırladaq ki, görüşdən öncə verilən bəyanatlara görə, rəsmi Kiyev:

- təhlükəsizlik təminatları, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasını;

- NATO-ya dəvət edilməsini və ya təhlükəsizlik zəmanətləri çərçivəsində NATO-nun himayəsi altına alınmasını;

- ölkədə Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsini;

- Ukraynanı nüvə silahı ilə təmin etmək kimi bir növ çəkindirmə paketinin qəbul edilməsini;

- Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiyanın nəzarətindən çıxmasını;

- Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmasını tələb edirdi.

Rəsmi Moskvanın ən əsas şərtlərinə isə:

- Ukraynanın bloklara qoşulmaması (xüsusilə NATO-ya);

- Nüvə silahının verilməsi məsələsinin müzakirə edilməməsi, tərksilah olunması, denazifikasiyası;

- Ukraynada rusdilli vətəndaşların hüquq, azadlıq və mənafelərinə tam təminat verilməsi;

- Nəhayət, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya əraziləri kimi tanınması daxil idi. Şərtlərə əsasən, Moskva böhran aradan qaldırıldıqdan sonra Ukrayna və Avropa ilə tədricən mehriban qonşuluq münasibətləri qurmağa başlamağı və bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, Qərb və Avropa dövlətlərinin, qitədəki bütün dövlətlərin maraqlarını nəzərə alan “Avrasiya təhlükəsizlik sistemi” yaratmağı təklif edirdi.

Rollar dəyişir...

Amma danışıqlar daha çox humanitar motiv daşıdı - bunun isə bir çox səbəbi vardı. İlk növbədə, Ukrayna verəcəyi qərarlarda tək deyildi. Ən maraqlısı isə odur ki, hətta Ukraynanı dəstəkləyən kollektiv Qərb koalisiyasında rollar dəyişib. 2022-ci ildə müharibənin ilk günlərində Bayden -Blinken administrasiyası sülhdən tam imtina etmiş halda idi, bunun əksinə isə Avropa kontingentinin aparıcı liderləri intensiv şəkildə Kremli ziyarət edirdi. Ard-arda Şolts, Makron, hətta Avstriyanın Federal Kansleri Karl Nehammer Moskvaya səfər edərək müharibənin bitirilməsi üçün cəhdlər göstərdilər. Donald Trampın hakimiyyətə gəlişi ilə Vaşinqtonun müharibəyə baxış bucağı dəyişib. Artıq Ağ ev sülh üçün “qollarını çırmayıb”, bunun əksinə, Aİ ciddi-cəhdlə danışıqlar fazasına “mane olur”. İstanbulda da eyni halın şahidi olundu - masadan kənarda qalan Aİ-nin aparıcı dövlətləri Ukrayna nümayəndə heyəti ilə görüşdü. Nümayəndə heyətinin üzvü Yermak bildirmişdi ki, Ukrayna nümayəndə heyəti İstanbulda Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell, Fransa prezidentinin müşaviri səfir Emmanuel Bonne və Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Günter Sautter ilə görüşüb. Həm də bu səbəbdən İstanbulda münaqişənin həlli ilə bağlı tam qərar verilmədi...

İki saatdan artıq üçüncü söhbət: Avropa “uzaqdan” boylanır

Amma bu son deyil - Ukrayna müharibəsinin bitməsi istiqamətində aparılan danışıqlar prosesi artıq çoxşaxəli xarakter daşımağa başlayıb. Düzdür, danışıqlar prosesinin nüvəsi kimi İstanbul çıxış edir. Bununla belə, Ukraynanın iştirakı olmadan prosesin fərqli qolu da inkişaf etməkdədir. ABŞ Prezidenti Tramp ilə Rusiya dövlət başçısının mayın 19-da iki saatdan artıq çəkən telefon danışığı da bunu təsdiqləyir. Trampın ABŞ prezidenti seçilməsindən sonra Rusiya dövlət başçısı ilə aparılan üçüncü telefon danışığının ardından hər iki lider qısa açıqlamalar veriblər, amma təfərrüatlara varmayıblar. Putin Rusiya və Ukrayna arasında mümkün sülh sazişinin bağlanması üçün aparılan danışıqların bərpasına verdiyi dəstəyə görə ABŞ prezidentinə təşəkkür edib. O, həmçinin bildirib ki, Rusiya gələcək sülh müqaviləsi haqqında memorandum üzərində işləməyə hazırdır. “Biz ABŞ prezidenti ilə razılaşdıq ki, Ukrayna tərəfi öz mövqelərini, məsələn, nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı və s. istiqamətlərini təqdim etsin. O cümlədən müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəsin müəyyənləşdirilməsi ilə gələcək sülh müqaviləsi ilə bağlı memorandum təklif ediləcək”.

Donald Tramp Putinlə söhbətinin “tonunu və ruhunu” “əla” adlandırıb. Onun sözlərinə görə, Moskva və Kiyev dərhal atəşkəs haqqında danışıqlara başlayacaq. “Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Düşünürəm ki, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası, müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar. Bunun şərtləri hər iki tərəf arasında müzakirə olunacaq, çünki danışıqların başqa heç kimin bilmədiyi təfərrüatlarını onlar bilirlər”, - o, sosial şəbəkədə yazıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasında əlaqə yaratmaqda effektiv vasitəçilik edib. “Təbii ki, ABŞ Rusiya Federasiyası ilə Ukrayna arasında çox səmərəli vasitəçilik xidmətləri göstərib. Moskva ilə Kiyev arasında əlaqə qurulub və indi birbaşa əlaqələr həyata keçirilir”, - Peskov izah edib.

Zelenskidən Trampa “xəbərdarlıq” - bizsiz razılaşmayın...

Ukrayna da danışıqların davam etməsində, hətta memorandumun imzalanmasında maraqlı görünür. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib ki, Ukrayna münaqişənin nizamlanması üçün Rusiya ilə memorandum imzalaya bilər. “İkitərəfli formatda müvafiq memorandum ola bilər. Bunun nəticəsində xəritə formalaşa, sonra isə iki tərəf arasında atəşkəs haqqında saziş bağlana bilər”, - deyə o bildirib.

Zelenski əlavə edib ki, gələcək memorandumun təfərrüatları hələlik ona məlum deyil: “Əgər Rusiya tərəfi memorandum təklif edərsə, bizim tərəfimizdən müvafiq siqnalları aldıqdan sonra biz ruslardan memorandum və ya təkliflər alaraq öz baxışımızı formalaşdıra biləcəyik”. Onun sözlərinə görə, ABŞ prezidenti bildirib ki, memorandum atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracaq.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ rəhbəri Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarında Rusiyanın ərazi tələblərinin müharibəni uzatmaq üçün bəhanə olduğunu bildirib. Onun sözlərinə görə, Tramp hesab edir ki, Rusiya kompromislərə hazırdır və onun üçün ən vacib məsələ Kiyevə və Moskva arasında birbaşa danışıqların başlamasıdır: “Rusiyanın bu müharibəyə son qoymağa real hazır olduğunu nümayiş etdirməsi üçün ilk addım kimi atəşkəs rejimini görmək istərdim. Ukrayna ordusunun ərazilərimizdən çıxarılması heç vaxt baş verməyəcək. Biz bununla razılaşa bilmərik. Ərazi bütövlüyümüz məsələsi bizim qırmızı xəttimizdir”, - əlavə edib.

Zelenski onu da deyib ki, “mən Trampdan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar əsas və çox vacib şeylərdir”.

Qeyd edək ki, telefon danışığına Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya Kansleri Fridriks Mers və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulub.

İstanbul, yoxsa Vatikan? - hər kəs “birincini” seçir...

Danışıqlar prosesinin qızğın bir dövründə ortaya maraqlı nüans çıxıb. ABŞ uzunmüddətili vasitəçi kimi çıxış etmək fikrində deyil - Tramp açıqlamasında deyib ki, Ukrayna münaqişəsi Avropanın problemi olaraq qalmalı və ABŞ müdaxilə etməməli idi. Onun sözlərinə görə, ABŞ Ukraynada müharibənin nizamlanmasında irəliləyiş olmasa, öz rolunu Avropaya ötürəcək: “Avropada yaranan vəziyyət orada qalmalı idi, lakin biz müdaxilə etdik, çünki əvvəlki administrasiya bizim bu işə qarışmalı olduğumuzu hiss edib. Nəticədə ABŞ məsələyə Avropadan daha çox cəlb edilib”.

Bu açıqlamanı “maraqlı” edən detal isə Trampın “yeni vasitəçi” təklifi olub. O bildirib ki, Vatikan Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməkdə son dərəcə maraqlıdır. “Vatikan Papa vasitəsilə danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olacağını bildirib”, - Amerika lideri yazıb.

Bir çox siyasətçilər bunu mümkünsüz sayır. Birincisi, yeni Papa XIV Leonun amerikan əsilli olması Trampın açıqlamasını “trend” edib. İkincisi isə, Ukarayna və Rusiya “provoslav” məzhəbinin daşıyıcıları, Vatikan “katolik” məzhəbinin mərkəzidir. Qərb siyasətçiləri isə  İstanbulun bu danışıqlar üçün ən uyğun və ən fundamental məkan olduğunu təsdiqləyirlər. Çünki iki dövlət arasında barışılmaz sayılan bir çox nüansların razılaşdırılması məhz Türkiyənin vasitəçiliyi ilə baş verib. Taxıl sazişləri, XİN başçılarının ilk görüşü, əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmalar məhz İstanbulda qeydə alınıb. Bu səbəbdən də, İstanbulun III raund üçün tərəfləri gözlədiyi bildirilir...

Yeni dövr, yeni münasibətlər...

Qeyd edək ki, ABŞ hətta Ukrayna müharibəsinin tənzimlənməsi üzərindən yeni dönəmdə özünün iqtisadi ön prioritetləri üçün çalışdığını bir daha ortaya qoyur. Tramp Körfəz ölkələrinə səfərinin, Suriya ilə bağlı fundamental qərarlarının ardından Rusiya ilə münasibətləri normallaşdırma ehtimalını da irəli sürüb - Ukraynanın yeraltı sərvətləri üzərindən müharibə tərəflərinin birini özünün iqtisadi tərəfdaşına çevirən Vaşinqton indi də Kremllə bağlı perspektivdən söz açıb. Bildirib ki, Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya ilə Ukrayna arasında ticarət-iqtisadi əməkdaşlıq potensialı məhdudiyyətsizdir. “Ukraynada bu fəlakət bitəndə Rusiya ABŞ-la genişmiqyaslı ticarət etmək istəyir və mən buna razıyam. Rusiyanın böyük sərvət və iş yerləri yaratmaq üçün böyük imkanları var. Potensial məhdudiyyətsizdir”, - Tramp bildirib.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri