“Yaşıl Dəhliz Birliyi“nin yeni Baş direktoru təyin edilib, nizamnamə kapitalı artırılıb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tural Əliyev "Yaşıl Dəhliz Birliyi" MMC-nin yeni Baş direktoru təyin edilib və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəlinib.
Moderator.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirlikdə "Yaşıl Dəhliz Birliyi" MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin iştirakı ilə keçirilən ümumi yığıncağında bildirilib.
Energetika nazirinin müavini Orxan Zeynalov "Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi" layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə "Yaşıl Dəhliz Birliyi" MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 18 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















