Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

III Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal mövqeyini gücləndirdi TƏHLİL

III Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal mövqeyini gücləndirdi TƏHLİL

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Dünyanın diqqət mərkəzində olan informasiya təhlükəsizliyi, media transformasiyası və postmünaqişə dövrünün çağırışları fonunda Şuşada keçirilən III Qlobal Media Forumu mühüm bir qlobal platformaya çevrildi. Tarixi və simvolik baxımdan xüsusi məna daşıyan bu forum, yalnız media nümayəndələrinin deyil, siyasi liderlərin, beynəlxalq ekspertlərin və analitiklərin də diqqətini cəlb etdi.

Prezident İlham Əliyevin tədbir çərçivəsində iki saatdan artıq vaxt ərzində jurnalistlərin suallarına açıq və səmimi şəkildə cavab verməsi Azərbaycanın daxili və xarici siyasətdəki şəffaflığının, gücünün və sabit liderliyinin bariz nümunəsi kimi dəyərləndirildi.

Forumun nəticələri göstərdi ki, Azərbaycan yalnız müharibə meydanında deyil, informasiya cəbhəsində də qalib gəlir və bu qələbə, qlobal gücə çevrilməyin əsas sütunlarından birinə çevrilir.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Metbuat.az-a açıqlamasında bildirib ki, III Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin toplaşdığı beynəlxalq tədbir deyil, eyni zamanda postmünaqişə dövründə regional informasiya siyasətinin formalaşmasında strateji rol oynayan bir platformadır:

“III Şuşa Qlobal Media Forumu informasiya müstəvisində dezinformasiyalara qarşı mübarizə və müxtəlif dövlətlərdə fəaliyyət göstərən media quruluşları arasında əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Forumun məhz azad olunmuş ərazilərdə – Şuşa və Xankəndidə təşkili Azərbaycanın beynəlxalq informasiya müstəvisində ədalətli və obyektiv reallıqları qabartmaq istiqamətindəki iradəsinin təzahürüdür. Qlobal forumun işğaldan azad olunmuş Şuşa və Xankəndidə təşkili, ölkəmiz tərəfindən formalaşdırılmış ədalətli və obyektiv reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq kontekstində mühüm bir addımdır. Forum vasitəsilə Azərbaycan öz haqlı mövqeyini beynəlxalq jurnalistlər və media ekspertləri vasitəsilə dünyaya çatdırmaqla yanaşı, informasiya sahəsində həmrəylik platforması yaradır”.

Günay Ağamalı əlavə edib ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinə verdiyi siyasi qiymət Azərbaycanın bölgədə yeni əməkdaşlıq dövrünü təşviq etmək istəyi ilə bağlıdır:

“Cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizini “sülh və əməkdaşlıq dəhlizi” adlandırması həm siyasi, həm də geoiqtisadi baxımdan çox önəmli bir mesajdır. Bu ifadə göstərir ki, Azərbaycan üçün bu dəhliz nəinki nəqliyyat infrastrukturu kimi, həm də bölgədə davamlı sülh, iqtisadi inteqrasiya mühitinin formalaşdırılması üçün önəmlidir”.

Deputatın fikrincə, Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti getdikcə artır və bu istiqamətdə aparılan danışıqlar dəhlizin açılmasının reallığa çevriləcəyinə işarədir:

“Artıq Zəngəzur dəhlizinin açılması böyük güclərin də maraq dairəsindədir və bu yol üzərində nəzarət etmək proseslərinin danışılması dəhlizin müəyyən müddətdən sonra açılacağına işarədir. Çünki Zəngəzur dəhlizinin açılması regionda sabitliyi gücləndirəcək, yeni əməkdaşlıq formatlarına yol açacaq və gərginliklərin azaldılmasına töhfə verəcək”.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və abadlıq proseslərinin dərin siyasi və mənəvi yük daşıdığını bildirən deputat bu işlərin Azərbaycanın sabitlik və birgəyaşayış mesajı olduğunu vurğulayıb:


“Şuşa və Xankəndidə aparılan yenidənqurma və abadlıq işlərinin dərin siyasi və mənəvi mənası var. Bu proseslər bir daha sübut edir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə həyatın bərpa olunmasını təmin edir, burada sülhə, rifaha və birgəyaşayışa şərait yaradır.

Ermənistan və erməni diasporunun illərdir yaydığı təbliğatın əksi olaraq Azərbaycanın azad etdiyi ərazilərdə quruculuq işləri aparması bu torpaqlara olan gerçək sahibliyin təsdiqidir.

Bu həm də Ermənistana ünvanlanmış aydın mesajdır. Azərbaycan revanşizmə yox, sabitliyə, dağılmış bölgələri dirçəltməyə və gələcəyə baxır. Dünya erməniliyi və onların lokomotivi hesab edilən erməni diasporu bu illər ərzində Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışsalar da, işğal müddətində şəhərlərə, kəndlərə göstərilən münasibət iddiaların təkzibi, işğalçı mahiyyətin təzahürüdür”.

Deputat Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi strategiyanın əsas məqsədlərindən birinin də bu bölgələri siyasi mərkəzə çevirmək və beynəlxalq arenada legitimləşdirmək olduğunu, Ermənistanın real vəziyyəti qəbul etməsinin vacibliyini də vurğulayıb:

“Azərbaycan isə bu torpaqların əsl sahibi olaraq Şuşanın, Xankəndinin ümumiyyətlə, işğaldan azad olunmuş torpaqların siyasi mərkəz kimi beynəlxalq arenada tanıdılması üçün müstəsna əhəmiyyətli işlər görür. Ona görə də Ermənistan mövcud reallıqları qəbul edərsə və konstruktiv mövqe sərgiləyərsə, qarşılıqlı münasibətlərin normallaşması üçün ciddi imkanlar yarana bilər.

Azərbaycan regionda sülh, əməkdaşlıq və inklüziv inkişaf gündəliyini təşviq edən ölkə kimi öz liderlik mövqeyini daha da möhkəmləndirməkdir”.

Millət vəkili Vüqar İskəndərov Metbuat.az-a açıqlamasında bildirib ki, sürətlə inkişaf edən Azərbaycanın 2020-ci il Vətən müharibəsində şanlı qələbəsi, sonrakı antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etməsi qlobal arenada unikal bir ölkə olduğumuzu hamıya göstərdi:

Vüqar İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunda jurnalistlərin suallarına açıq, səmimi və dürüst şəkildə cavab verməsi Azərbaycanın həm daxili, həm də xarici siyasətdə şəffaf və qətiyyətli xətt yürütməsinin göstəricisidir:

“Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası və sürəti isə Azərbaycanın dünyada fərqlənən unikal inkişaf modelinə çevrildiyini göstərdi. Regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması baxımından Zəngəzur dəhlizi mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Təbii olaraq, hazırda Ermənistan–Azərbaycan münasibətlərində sülh müqaviləsinin imzalanması üçün Ermənistanın atacağı addımlar və Zəngəzur dəhlizinin əhəmiyyəti ön plana çıxır.

Cənab İlham Əliyev həmin dəhlizi “sülh və əməkdaşlıq dəhlizi” adlandırmaqla bir daha həm Ermənistana, həm də dünyaya göstərir ki, bu dəhliz açılarsa, ondan bölgə ölkələri, o cümlədən də Ermənistan da qazanacaq. Əgər Ermənistan Zəngəzur dəhlizi və sülh imkanlarını dəyərləndirməzsə, regional inkişafdan kənarda qalaraq dalan və tənəzzülə uğrayan dövlətə çevriləcək”.

Deputat Forumun Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdiyini də vurğulayıb:

“Azərbaycanın artan gücü və mövqeyi bu gün hamıya bəllidir və cənab İlham Əliyev bu forumda bir daha onu nümayiş etdirdi. Bütün dünya gördü ki, cənab İlham Əliyev gücünü xalqdan alır və öz ağlı, zəkası, dünya siyasətini dərindən bilməsi Azərbaycanın sabit və inkişaf edən bir ölkə olmasının əsaslarını qoyur. III Şuşa Qlobal Media Forumu ölkəmizin artan nüfuzunu, qətiyyətini və beynəlxalq aləmdəki möhkəm yerini bir daha təsdiqlədi”, - deyə Vüqar İskəndərov qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri