Icma.az
close
up
RU
Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Qara Qarayevin caz və simfonik orkestr üçün yarımçıq qalmış konsertinin not dəftəri

Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Qara Qarayevin caz və simfonik orkestr üçün yarımçıq qalmış konsertinin not dəftəri

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Azərbaycan muzeylərinin əlamətdar eksponatları” silsiləsi çərçivəsində AZƏRTAC oxucularını ölkənin unikal muzey eksponatları ilə tanış etməkdə davam edir.

Bu gün Qara Qarayevin imzası ilə caz və simfonik orkestr üçün konsertinin qaralama notları olan iki dəftər haqqında danışacağıq. Onlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyinin kolleksiyasının bir hissəsidir. Ölkəsində beynəlxalq səviyyədə tanınan ilk bəstəkar olan Qara Qarayev SSRİ ilə ABŞ arasında soyuq müharibəyə baxmayaraq, Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən Birinci Beynəlxalq Müasir Musiqi Festivalında iştirak etmək üçün təsdiq alan iki bəstəkardan biri idi.

Moskva Konservatoriyasında Qara Qarayevlə birlikdə təhsil alan David Toradzenin xatirələrinə görə, bəstəkar o dövrə uyğun olaraq, əksər gənclər kimi caz musiqisinə heyran idi.

Qara Qarayevin not dəftərində olanlar sübut edir ki, onun yaradıcılığı özündə milli bəstəkarlıq məktəbi ilə müasir XX əsr musiqisini birləşdirir.

Moskva Konservatoriyasını Dmitri Şostakoviçin bəstəkarlıq sinfində bitirdikdən sonra Bakıya qayıdaraq o, artıq müəllimlik fəaliyyəti mərhələsində tələbələrinin caza olan marağını təşviq edib və bununla da tədris proqramlarını və musiqi mədəniyyətini bir qədər genişləndirmişdir.

Yaradıcılığı boyunca Qara Qarayev Şərq musiqi ənənələrini (Azərbaycan folkloru, muğam) Qərb klassik musiqisi ilə birləşdirərək yeni ifadə vasitələri axtarıb. O, caz və müasir janrlarını Azərbaycanda musiqinin modernləşdirilməsinə aparan yol görürdü.

Qara Qarayevin ev-muzeyinin kolleksiyasında ehtiyatla qorunan caz və simfonik orkestr üçün yarımçıq qalmış konsertin dəftəri sadəcə xətli səhifələrin üzərində kiçik işarələr deyil... Bu, dünyagörüşünə marağı yalnız musiqi ilə məhdudlaşmayan Qara Qarayevin ifadəli və romantik emosional xarakterini əks etdirən bir dövrün hekayəsidir.

İki not dəftərinin səhifələrində bədii “opuslar” da əks olunub. Burada not işarələri kiçik eskizlərlə yanaşı durur.

“O, yeni yollar axtarır, amma köhnə marşrutları yaxşı bilir. O, kəşf etməyə həvəslidir, lakin ənənələrin - ilk növbədə milli ənənələrin faydalarını, davamlılığın bəhrəsini unutmur. Bəlkə də onun yolu ən çətindir: “sağçılar” onu “solçuluğuna” görə qınayır, “solçular” onu “mühafizəkar” olmaqda ittiham edirlər. O isə sadəcə sənətdə öz yolu ilə gedir, bu yol isə onun ürəyindən və musiqiçi istedadından irəli gəlir”- deyə Rodion Şedrin yazırdı.

Qara Qarayev özü ciddi mənada caz bəstəkarı olmasa da, onun baxışları həmişə yeni ifadə vasitələrinin axtarışına yönəlmişdi.

Qeyd etmək lazımdır ki, 2000-ci illərin əvvəllərində Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən Qara Qarayevin əvvəllər məlum olmayan erkən musiqi əlyazması ilk dəfə ictimaiyyətə təqdim edilib. Muzey tərəfindən aşkar edilən əsər 2005-ci ilin kolleksiyasında nəşr olunmuşdur. Əsər ilk dəfə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda Azərbaycanın Xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında səslənib. Bundan sonra əsər dərhal həm tanınmış, həm də yeni istedadlar arasında sevilib. Qeyd edək ki, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Qara Qarayevin caz üslubunda bəstələdiyi bu musiqi əsəri 1969-cu ildə SSRİ Malı Teatrı tərəfindən səhnələşdirilmiş Aleksis Parnisin pyesi əsasında qurulmuş “Afrodita adası” tamaşasından bir parçadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri