Icma.az
close
up
RU
İİTKM in həyata keçirdiyi monitorinq və qiymətləndirmə prosesi Türkiyə Prezident Administrasyasının departament rəhbərinə təqdim olunub

İİTKM in həyata keçirdiyi monitorinq və qiymətləndirmə prosesi Türkiyə Prezident Administrasyasının departament rəhbərinə təqdim olunub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyə Respublikası Prezidentinin İnvestisiya və Maliyyə İdarəsinin (CBYFO) Maliyyə Departamentinin rəhbəri Dr. Tarık Akın ilə görüş keçirilib.

XQ xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində Mərkəzdə baş tutan görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsinin, birgə layihə və tədqiqatların həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, Mərkəzdə icra olunan layihələr və həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verərək qeyd edib ki, bu kimi birgə təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinə və ümumi inkişaf prosesinə mühüm töhfə verəcək.

İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov görüş zamanı Mərkəzdə həyata keçirilən monitorinq və qiymətləndirmə prosesləri haqqında geniş məlumat təqdim edib. O, qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğulayaraq, bu istiqamətdə təkcə Azərbaycan–Türkiyə çərçivəsində deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) timsalında birgə araşdırmaların və təşəbbüslərin vacibliyini qeyd edib.

Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə dövlət proqramlarının icrasının monitorinqi üzrə tətbiq edilən rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək, məlumatların şəffaflığı və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmalar barədə məlumat verib.

İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova isə Mərkəzin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi fəaliyyətlər, nəşr olunan “Türk İqtisadi İcmalı” və digər birgə layihələr barədə danışıb.

Görüşün sonunda tərəflər birgə tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlığın Türk Dövlətləri Təşkilatı timsalında genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri