Icma.az
close
up
RU
İİTKM Zəfər Günü münasibətilə “Invest in Karabakh and Eastern Zangezur” nəşrinin ikinci nömrəsini təqdim edib

İİTKM Zəfər Günü münasibətilə “Invest in Karabakh and Eastern Zangezur” nəşrinin ikinci nömrəsini təqdim edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 8 Noyabr - Zəfər Günü ərəfəsində “Invest in Karabakh and Eastern Zangezur” (Qarabağ və Şərqi Zəngəzura investisiya) mövzusunda 2-ci xüsusi buraxılışı dərc edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ingilis dilində hazırlanan icmalda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, regionun kənd təsərrüfatı, sənaye, enerji və turizm sahələrindəki investisiya imkanları barədə yerli və xarici investorlara ətraflı məlumat verilir.

İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bildirib ki, builki nəşr ötən illə müqayisədə daha geniş analitik çərçivə və praktiki informasiya bazası təqdim edir. Biznes subyektləri üçün hazır fürsətlər, tətbiq olunan güzəştlər və logistika-enerji infrastrukturundakı irəliləyişlər vahid sənəddə toplanıb.

“Qarabağ və Şərqi Zəngəzura investisiya” icmalı beş bölmədən ibarətdir. Birinci bölmə Qarabağ və Şərqi Zəngəzurun ümumi mənzərəsi ilə yanaşı, regiona ayrılan dövlət vəsaitləri və kredit qoyuluşları, eləcə də tətbiq olunan yeni idarəetmə modeli haqqında məlumatları əhatə edir. İkinci bölmədə Qarabağ və Şərqi Zəngəzurda biznes mühitinə diqqət ayrılır, dövlət tərəfindən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər, digər stimullar barədə məlumat verilir. Üçüncü bölmədə regionda yaradılan müasir fiziki infrastruktur barədə məlumatlar öz əksini tapır. İcmalın dördüncü bölməsində əsasən regionun potensial inkişaf sahələri barədə məlumatlar qeyd edilir və investisiya trayektoriyaları göstərilir. Xüsusilə Qarabağ iqtisadi rayonunda yerləşən “Ağdam Sənaye Parkı” və Şərqi Zəngəzurda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında yaradılan imkanlar vurğulanır. Parkların rezidentləri üçün təqdim olunan güzəştlər və investisiya üçün prioritet sahələr qeyd olunur. Sonuncu bölmədə isə Qarabağ və Şərqi Zəngəzurun perspektivləri və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilir.

Elnur Ələkbərov əlavə edib ki, “Qarabağ və Şərqi Zəngəzura investisiya” icmalının hər iki buraxılışı ilə tanış olan oxucu və investorlar regionda il ərzində baş verən əsaslı müsbət dəyişikliklərin şahidi olacaqlar. İcmal regionun inkişaf potensialı və investisiya imkanları ilə bağlı biznes subyektləri, investorlar, eləcə də qərar qəbul edən şəxslər üçün strateji əhəmiyyətə malik informativ mənbədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri