Icma.az
close
up
RU
Diabet Əlamətləri, müalicəsi... Müsahibə

Diabet Əlamətləri, müalicəsi... Müsahibə

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-endokrinoloqu Aygün Əliyeva müsahibə verib.

Medicina.az təqdim edir:




- Aygün xanım, ilk öncə şəkərli diabet haqqında ümumi məlumat verərdiniz…

- Şəkərli diabet bir çox ciddi xəstəliklərin meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir.

Xəstəliyin səbəbi insulin hormonunun ifrazının hansısa səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistentlik hala gəlməsidir. Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan tip 2 diabetdir. Diabetin bu növündə mədəaltı vəzində insulin ifrazı zamanı hüceyrələrdə olan insulin ifraz olunarkən, insulin reseptorlarının fəaliyyətsizliyi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Belə olan təqdirdə qlükoza insulin tərəfindən hüceyrələrə daşına bilinmir və onun miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, bulanıq görmə, ayaqlarda uyuşma, dəridə quruluq, tez-tez sidiyə getmə, çox su içmək və yeməyə meyillik kimi simptomlarla təzahür edir.

- Bu xəstəliyin səbəbləri hansılardır?

- Şəkərli diabet xəstəliyi genetik və ətraf mühit amillərinin birlikdə təsiri ilə müəyyən edilib. Əsas Tip 1 diabet və Tip 2 diabet olaraq şəkər xəstəliyinin yaranma səbəbinin növünə görə fərqlilik göstərir.

Tip 1 diabet xəstəliyində genetik faktorların rolu yüksək olsa da, qanda şəkərin tənzimləməsində rol oynayan insulin hormonu ifraz edən mədəaltı vəzinə zərər verən viruslar və immun sistemin yaxşı işləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır.

Tip 2 diabetin səbəbləri arasında çəkinin həddindən artıq çox, valideynlərində şəkər xəstəliyinin olması, hərəkətsiz həyat tərzi və stres aiddir.

- Doktor, insulin dirənci nədir?

- İnsulin mədəaltı vəzində “Langerhans” adacıqlarında yerləşən β hüceyrələri tərəfindən ifraz olunur. Əsas funksiyası qanda şəkərin miqdarının normal səviyyəsini təmin etməkdir. Qanda şəkərin hüceyrəyə daxil olmasını isə insulin hormonu təmin edir. Eyni zamanda, insulin hüceyrələrinin ehtiyacından daha çox olan şəkəri yağa çevrilib depolayan bir hormondur. Bu səbəbdən qanda insulin səviyyəsi yüksək olan insanlarda piylənmə müşahidə olunur.

Əvvəlcə qəbul olunan çox miqdarda şəkərə qarşı cavab olaraq külli miqdarda insulin ifraz olunur. Bu zaman həmin şəxslərdə aclıq hissi yaranır. Şəkərli və undan hazırlanan qida qəbul etdikdə həmin şəxslər tez bir zamanda acırlar. Külli miqdarda ifraz olunan insulinin köməyi ilə hücəyrələrə həddən artıq şəkərin daxil olması həmin hücəyrələrin normal fəaliyyətini pozur. Müdafiə reaksiyası olaraq hücəyrə membranında yerləşən insulin reseptorları insulinə qarşı dirənc göstərməyə və insulinə cavab verməməyə başlayır. Hüceyrədə qandakı insulinə qarşı sanki bir divar yaranır və bu dirənc “rezistentlik” adlanır. Nəticədə Tip 2 şəkərli diabet meydana gəlir.

İnsulin dirənci vaxtında müalicə olunmursa, piylənmə, hipertoniya, ürək–damar xəstəlikləri, qaraciyər piylənməsi, artıq çəki, çəki itirmənin çətin olması, tez-tez acma, gec doyma hissi, şirniyyata qarşı xüsusi həvəs kimi hallara yol aça bilir.

- Şəkərli diabetin müalicə necə aparılır?

- Pəhriz müalicənin 80 faizini təşkil edir. Qidalanma vərdişlərinin dəyişdirilməsi, qlisemik indeksi (Gİ) aşağı olan, az kalorili, lifli, rafinə olunmamış məhsulların istifadəsi məsləhətdir.

Müntəzəm şəkildə edilən fiziki aktivlik (sürətli gəzinti, üzgüçülük və s.), gündə 30-40 dəqiqə sürətli gəzinti məsləhət görülür. Bu zaman 1 dəqiqədə 100-120 addım atmalı, zamanla 140-a çatdırılmalıdır. Ürək döyuntulǝri 100-ə çatmalı, tənəffus tezləşməlidir ki, metabolizma sürətlənsin.

Müalicǝyə gəldikdə isə sadəcə sağlam qidalanma və idmanla insulin dirǝnci 50-60 faiz hallarda düşür. Ancaq, bəzən diabet riski yüksək olan xəstələrdə hüceyrələrin bədəndə olan insulinə qarşı həssaslığını artırmaq üçün dərman müalicəsinə də ehtiyac olur. Qeyd etmək lazımdır ki, bu yalnız həkim tərəfindən təyin olunmalıdır.

- Şəkərli diabet xəstələri ücün qidalanma necə olmalıdır?

- Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilmir.

Xəstə mütləq və dəqiq bilməlidir ki, hansı qidaları qəbul edə bilər, hansı qidaları yox və bu qaydalara ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.

Şəkərli diabet xəstəliyi olan insana ac qalmaq olmaz, çünki bu, qanda şəkərin kəskin enməsinə səbəb olur. Bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır. Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır.

Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər. Konfetlər, peçenye, mürəbbə, cem, şokolad, dondurma rasiondan çıxarılmalıdır. Bal çox faydalı məhsuldur, lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir. Yağlı və qat-qat xəmirdən hazırlanan un məmulatları qəti şəkildə əks-göstərişdir.

Həmçinin, təbii meyvə şirələri də qidalanmadan tam çıxarılmalıdır. Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir. Qara çörək qəbul etmək olar, ağ çörək isə əks-göstərişdir.

- Diabet xəstələri hamiləlik dövründə nəyi nəzərə almalıdırlar?

- Hestasion şəkərli diabet (HŞD) – əvvəllər diabeti olmayan qadında hamiləlik zamanı ilk dəfə əmələ gələn və ya aşkar olunan diabetin bir növüdür. Bəzi qadınlarda HŞD gələcək hamiləliklərdə də müşahidə oluna bilər.

Adətən diabet hamiləliyin ortasında, 24-28-ci həftələr arasında müayinə zamanı aşkarlanır. Bir çox hallarda HŞD sağlam qida və müntəzəm idman məşğələləri ilə idarə oluna bilər. Bəzən isə hestasion şəkərli diabetin insulinlə müalicə olunması tələb olunur.

HŞD olan qadınlara müntəzəm həkim nəzarəti tövsiyə olunur. Hestasion şəkərli diabeti olan hamilələr mama-ginekoloqun və eyni vaxtda endokrinoloqun nəzarətində olmalıdırlar. Qəbula təyin edilən vaxtdan əlavə olaraq, hansısa bir narahatlıq və ya əlamətlər olduqda da müraciət etmək vacibdir. Eyni zamanda, onlar sağlam qidalar qəbul etməlidirlər. Dietoloq qida qəbulunun düzgün planlaşdırılmasına köməklik edə bilər.

Müntəzəm idman məşqləri qanda şəkərin tənzimlənməsinin daha bir yoludur və qida qəbulunu tarazlaşdırmağa kömək edir. Həkim müayinəsindən keçdikdən sonra hamiləlik zamanı və doğuşdan sonra da mütəmadi idman edilməlidir. Ən azı həftənin beş günü gündə 30 dəqiqə ərzində mülayim intensivliklə fiziki hərəkətlər edilməlidir. Bu, cəld piyada gəzinti, üzgüçülük və ya uşaqlarla fəal oyunlar ola bilər.

Hamiləlik zamanı orqanizmdə baş verən dəyişikliklər onun enerjiyə tələbatını artırır. Buna görə də qanda şəkərin səviyyəsi tez-tez dəyişə bilər. Bu səbəbdən hestasion şəkərli diabeti olan qadınlar qanda şəkərin səviyyəsini evdə qlyukometrlə gündə 1-2 dəfə ölçməlidirlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:332
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 23 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri